“Alkoqolizmin psixoloji təsirləri, yaranma səbəbləri, yaratmış olduğu fəsadlar və aradan qaldırılması istiqamətində atılacaq addımlar”

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmov İctimai televiziyasının səhər proqramına “Alkoqolizmin psixoloji təsirləri, yaranma səbəbləri, yaratmış olduğu fəsadlar və aradan qaldırılması istiqamətində atılacaq addımlar” haqqında geniş müsahibə vermişdir.

Hal-hazırda asılılıq insanları ən çox narahat edən psixoloji problemlərdən biridir. Onun bir çox növü vardır. Günümüzdə ən çox yayılmış növlərindən biri Alkoqol asılılığıdır. Alkoqol asılılığı, fərdlərin həddindən artıq miqdarda spirt qəbul etməsinə, hər gün müəyyən bir saat olmadan spirtli içki qəbul etmək istəməsinə, spirtli içki içmədikdə isə gərginlik yaşamasına səbəb olan bir asılılıq növüdür. Alkoqoldan istifadə etmədikdə insanlar özlərini pis hiss edir və stress keçirirlər. Onlar bədbəxt, pessimist, kədərli, qəzəbli, əsəbi və bəzən aqressiv əhval-ruhiyyəyə malik ola bilərlər.
Alkoqol asılılığı çox vaxt cəmiyyətdə alkoqolu sevmək ilə qarışdırılır. Alkoqoldan müəyyən miqdarda istifadə etmək alkoqol asılılığına səbəb olmur və bu insanları alkoqol aludəçisi adlandırmaq düzgün deyil. Alkoqol aludəçiləri normaldan qat-qat artıq spirt qəbul edir və dayanma nöqtələrini itirirlər.
Asılılıq fərdlərin iş və ya məktəb həyatına, şəxsi münasibətlərinə, fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən problemdir.

Diqqətinə görə İctimai TV-ə təşəkkürümüzü bildiririk.

Online Qeydiyyat