VI Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi

08.09.2022-ci il tarixində İnstitutumuzda VI Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi.

Təlim “Özgüvən çalışmaları” mövzusuna həsr olundu və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Ülviyyə Nəhmətovanın təqdimatında baş tutdu.

Ülviyyə xanım könüllülərə mövzu üzrə nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verdi, onların suallarını cavablandırdı.
Bilik və təcrübələrini könüllülərlə paylaşdığı üçün Ülviyyə xanıma dərin təşəkkürümüzü bildirir, VI Könüllü Fəaliyyət qrupumuzun üzvlərinə uğurlar arzu edirik.

Online Qeydiyyat