10 Oktyabr-Ümumdünya Psixi Sağlamlıq Günü

Hər il oktyabrın 10-u dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu gün 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxil edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 450 milyondan çox insan psixi xəstəlikdən əziyyət çəkir.

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, psixi sağlamlıq “digər xüsusiyyətlərlə yanaşı, subyektiv rifah, dərk edilən özünü effektivlik, rəqabət qabiliyyəti, nəsillərarası asılılıq və öz intellektual və emosional potensialını reallaşdırmaq qabiliyyətini” əhatə edir. ÜST həmçinin bildirir ki, fərdin rifahına öz qabiliyyətlərini reallaşdırmaq, gündəlik stresin öhdəsindən gəlmək, məhsuldar olmaq və cəmiyyətə faydalı olmaq daxildir.

Psixi sağlamlıq insanın özü və ətrafı ilə harmoniya vəziyyəti kimi müəyyən edilə bilər. Sahədə ən çox rast gəlinən problem psixoloji pozuntuların dəli olmaq, ruhi xəstəlik kimi yanlış adlarla çağırılmasıdır. Psixoloji pozuntular hər hansı bir orqanımızın xəstələnməsi ilə eynidir. Beynimizin kimyasının pozulması ilə başlayır.

Emosional olaraq yaşanan duyğuların və davranışların rasional və ya irrasional olması və ya bir pozuntunun əlaməti olmasını müəyyən etmək həmişə mümkün olmaya bilər. Ancaq psixi sağlamlığın normal olub olmadığını müəyyən edən bəzi xüsusiyyətlər var. Hansı ki, sağlam (rasional) duyğular, sağlam (rasional) düşüncələrin müəyyən edilməsi ilə təyin etmək olar.

Online Qeydiyyat