Şəhid Ruhid İslamlının ailəsi ilə görüş keçirilmişdir

Bugün Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Şəhid Ruhid İslamlının ailəsi ilə görüşmüş, onunla bağlı xatirələri yad etmişlər. Görüşdə Ruhid İslamlının ailə üzvləri onun həyatı haqqında, müharibə anları barədə danışmışdırlar. Onun necə vətənpərvər, cəsarətli və igid bir əsgər olduğu, Vətən borcunu necə layiqincə yerinə yetirdiyi barədə, şəhidimizin onlara hər zaman dedikləri “Mən ölümsüzəm!”, Qrup yoldaşlarına “Şəhid olacam! Şəhid olsam ruhum anamın göz yaşlarını siləcək”, “Vətən borcumu layiqincə ödəyəcəm” sözlərini yad etmişdirlər. Elnur Rüstəmov şəhid Ruhid İslamlının hər zaman aktiv, savadlı və potensiallı gənc olması, onun gördüyü işlər barədə danışmışdır.
Gələcək zamanlarda Ruhid İslamlının illər keçsə də unudulmaması üçün xatirələrinə,həyatına həsr olunmuş bir kitabın çap olunması barədə söhbət aparmışlar.
Görüş şəhid Ruhid İslamlının xatirəsinə həsr edilmiş video ilə yekunlaşdırılmışdır.

Xalq tərəfindən əsla unudulmayan insanlardır şəhidlər. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını qazanıb qanı ilə yazanlardır şəhidlər.

Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin !

Online Qeydiyyat