“Advanced Neurofeedback” haqqında təlim keçirilmişdir

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixologiya Elmi-Tədqiqat İnstitutunun Beyin və Davranış Tədqiqatları Laboratoriyasının icraçı direktoru, koqnitiv nevrologiya üzrə fəlsəfə doktoru Nadir Əlirzalü, QEEG üzrə baş mütəxəssis Səyanə Əliyeva və Neurofeedback üzrə baş mütəxəssis Nuridə Məmmədova “Advanced Neurofeedback” haqqında təlim keçmişdir.

Təlimdə “Praktik protokolların tətbiqi, KVC analizindən sonra protokollar necə individual yanaşmalarla tətbiq olunur, Neurofeedback in növlərində protokollar necə tətbiq olunur” mövzularından bəhs olunmuşdur və eyni zamanda ümumi praktik Neurofeedback Advanced kursu keçirilmişdir

Öz zəngin bilik və təcrübələrini bölüşdüklərinə görə Nadir Əlirzalüyə, Nuridə Məmmədovaya və Səyanə Əliyevaya təşəkkür edirik.

Online Qeydiyyat