Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva bugün ictimaitv.official kanalında magtvaz verilişində qonaq olmuşdur

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva bugün @ictimaitv.official kanalında @magtvaz verilişində qonaq olmuşdur. Mətanət xanım “Şahid effekti” haqqında öz fikirlərini bildirmişdir. Bu mövzu haqqında qeyd etmişdir ki: “Sosial psixologiyada aparılan araşdırmalara görə köməyə ehtiyac duyulan zamanda ətrafınızda nə qədər çox insan varsa kömək alma ehtimaliniz o qədər azalır. Bu çox zaman məsuliyyətin çox insan arasında paylanması ilə izah olunur. Necə olsa kimsə kömək edəcək düşüncəsi ilə yanaşan insanlar çox zaman köməyə ehtiyacı olanlara laqeyd yanaşa bilirlər.”

Mövzu haqqında daha ətraflı məlumat almaq üçün @ictimaitv.official kanalında @magtvaz verilişini izləyə bilərsiniz.

Online Qeydiyyat