VI Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi

15.10.2022-ci il tarixində İnstitutumuzda VI Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi.

Təlim “Koqnitiv Davranış Terapiyasının təməlləri və irrasional inanclar” mövzusuna həsr olundu və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik psixoloq Fuad Əsədovun təqdimatında baş tutdu.

Fuad bəy könüllülərə mövzu üzrə nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verdi, onların suallarını cavablandırdı.

Bilik və təcrübələrini könüllülərlə paylaşdığı üçün Fuad bəyə dərin təşəkkürümüzü bildirir, VI Könüllü Fəaliyyət qrupumuzun üzvlərinə uğurlar arzu edirik.

Online Qeydiyyat