Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun ilk qrupunun superviziyası keçirilmişdir

29.10.2022-ci ildə Psixologiya Elmi-Tədqiqat İnstitutunda Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun ilk qrupunun superviziyası Dos.Dr.Murat Artıran tərəfindən həyata keçirilmişdir.

Superviziyada kurs iştirakçıları rollu oyunlar vasitəsilə keçirilmiş dərsləri praktiki çalışmış və eyni zamanda terapevtik bacarıqları Dos.Dr.Murat Artıran tərəfindən dəyərləndirilmişdir.

Kursda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmov çıxış etmiş, 29 Oktyabr – Türkiyə Cümhuriyyəti Günü münasibətilə təbrik etmiş, kursun ilk qrupu ilə fikir mübadiləsi aparmış, onlara uğurlar arzu etmişdir. Superviziyanın sonunda iştirakçılara Albert Ellis İnstitutunun və Rasional Psixologiya İnstitutunun ilkin tətbiqi sertifikatları təqdim olunmuşdur.

Superviziyadan sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov, Dos.Dr.Murat Artıran və Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun koordinatoru, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov birlikdə gələcək layihələri və əməkdaşlıqları müzakirə etmişdilər.

Zəngin bilik və təcrübəsini bölüşdüyü üçün Dos.Dr.Murat Artırana təşəkkür edir, kurs iştirakçılarına uğurlar arzu edirik!

Son məqalələr

Online Qeydiyyat