İnsanların bacarıq və digər şəxsi özəlliklər baxımından fərqli olduqları və hətta bu fərqin ölçülə bilməyi ta qədimdən insanların diqqətini cəlb etmişdir. Lakin intellekt və bacarıq haqqında elmi araşdırma XX əsrin əvvəllərindən başlanmışdır. Psixoloqların diqqətini cəlb edən “yaradıcılıq” məhfumu “intellekt” məfhumu ilə əlaqədardır. Buna görə də yaradıcılıq anlayışını daha yaxşı və daha düzgün dərk etmək üçün zəka haqqındakı görüşləri qısaca da olsa nəzərdən keçirməyimiz yaxşıdır.
Psixoloqların intellekt haqqında verdiyi tərifləri üç qrupa bölmək olar: tərbiyə və təhsil anlamında (pedaqoji anlamda), analitik anlamda, funksional anlamda. Pedaqoji psixoloqların fikrincə, zəka öyrənmə bacarığı və təhsilin inkişafı ilə sıx bağlıdır. Buna görə də bir növ təhsil bacarığı sayılır. İntellekti analitik anlamda götürən alimlər hesab edirlər ki, zəka təcridi təfəkkürə malik olmaq, problemin həllini bacarmaq və yeni vəziyyətlə uyğunlaşma bacarığıdır.
İntellektin ən yaxşı analitik tərifini Amerika psixoloqu D.Veksler vermişdir: “intellekt ağıl, düşüncə, məntiqi iş və effektiv davranış deməkdir”. Funksional tərifə gəldikdə isə A. Binenin dediyi kimi: “zəka müxtəlif test (sınaq) vasitələri ilə ölçülə bilən bir şeydir” (Şükuhi, 1993).
Franses Dalton (1883) insanlarda fərdi fərqləri öyrənib müqayisə edən ilk alimlərdən biridir. O inanırdı ki, intellekt bacarığı ilə hissi seçimi arasında əlaqə vardır. C.M.Kettel de Dalton kimi fərdi fərqləri ölçməyə başladı və birinci dəfə olaraq 1890-cı ildə “psixotestlərdən” istifadə etdi (Şərifi, 2003). A.Bine və Viktor Henri 1985-ci ildə Dalton və Kettelin işlərini tənqid etdilər. Onlar Fransada bir məqalə çap etdirərək bildirdilər ki, hissi seçimi ilə Dalton və Kettelin nəzərdə tutduqları hərəkət bacarıqları və eləcə də intellektin yüksək bacarıqları arasında bağlılıq yoxdur. Buna görə də zəkanı yalnız yaddaş, diqqət, dərk etmə və analiz etmə bacarıqlarının müqayisəsi ilə ölçmək olar.
A. Bine vǝ Teodor Simon 1905-ci ildə Fransada geri qalmış uşaqları seçmək üçün birinci dəfə olaraq standart intellekt testi hazırladılar. Bu test vasitəsilə uşaqlarda məsələni dərk etmək, həlli yolları tapmağı və asional təhlil bacarıqları müqayisə olunurdu.
İlk standart intellekt testi buraxılmaqla eyni halda psixometriya elminin atası sayılan Çarlz Spirmen müxtəlif zəka testlərini bir sıra qruplara tətbiq etdi və onların arasındakı bağlılıqları hesablayaraq (g)-ümumi intellekt amilini və (s) özəl intellekt amillərini (onların mövcudluğunu) irəli sürdü. Terstoun 1938-ci ildə Spirmenın nəzəriyyəsindən tam fərqli bir nəzəriyyə irəli sürdü.
Onun fikrincǝ, intellekt aşağıdakı 7 müstəqil amildən ibarətdir: nitq bacarığı, səlis danışma bacarığı, saymaq bacarığı, dərketma bacarığı, analiz və nəticə çıxarma bacarığı, yaddaş, S.Bert faktik analiz metodunu təşkil etdikdən sonra digər psixoloqlar bu metoddan psixometriyada istifadə etdilər. Misal üçün, Quilford həmin metoddan istifadə edərək, ağıl quruluşunu öyrənməyə başladı və bu haqda üç yönlü bir meyar irəli sürdü: proseslər yönü beyin əməliyyatından, mərifət, yaddaş, uyğunlaşdırıcı təfəkkür, çarpazlaşdırıcı təfəkkür və qiymətləndirməni ehtiva edir. Məzmun yönü beyin əməliyyatının məlumat bazası: baxışla əldə edilən məlumat qulaqla əldə edilən məlumat, məlumatın təzahür forması, mənalandırma və davranış məlumatlarını ehtiva edir. Nəhayət, hasilat yönü: məlumatlandırma və sınama formasıdır ki, birlikləri, sinifləri, əlaqələri, sistemləri, əvəzetmələri va istiqamətləri ehtiva edir.
Beləliklə, Quilfordun meyarı 150 növ zəkanı ehtiva edir (556=150). Onun ən mühüm nailiyyəti o dövrə kimi diqqətdən yayınan çarpazlaşdırıcı təfəkkür məhfumunu irəli sürməyidir.O, bu amili təqdim etməklə təhlil, yaradıcılıq, tənqidi düşüncənin öyrənilməsinə və məsələnin həllinə zəmin yaratdı.
R.Kettel belə bir görüş irəli sürdü ki, (g) amili iki amildən axıcı və büllurlaşmış amillərdən ibarətdir. Onun fikrincə, axıcı zəka təcridi əlaqələrin dərki və analizi bacarığıdır. Büllurlaşmış intellekt isə öyrənmə proseslərində axıcı zəkanın fəaliyyəti nəticəsində inkişaf edir. O, faktik analiz metodundan istifadə edərək iki növ zəkanın, axıcı və büllurlaşmış intellektlərin hər biri üçün bir sıra amillər təklif edir.
Qarşıda belə bir sual dayanırdı ki, görəsən intellekt Spirmenin (g) adlandırdığı ümumi, bütöv və özünəməxsusluğu ilə seçilən amildir yoxsa Terstoun Kattle və Quilford kimi alimlərin dediyi kimi çoxamilli bir fenomendir? Vernon (1960-1961) həmin suala cavab olaraq ierarxiya nəzəriyyəsini irəli sürdü. Bu nəzəriyyəyə əsasən intellekt bütöv bir kompleksdir, lakin eyni halda bir sıra qrup və fərdi bacarıqlardan ibarətdir. Bu piramidin başında (g) ümumi amili yerləşir və aşağı səviyyədə olan bütün bacarıqları birləşdirir və bütün intellekt sınaqlarında iştirak edir. Bu ümumi amil iki əsas amil qruplarına bölünür: nitq- təlim, hərəkət (praktika). Həmin əsas qrupların hər biri öz növbəsində neçə budaq qrup amillərinə, nitq, say, yaradıcılıq və bacarıqlar kimi amillərə bölünür. Nəhayət, budaq amillərin özü daha kiçik, yaxud özəl amillərə bölünür. 1970-ci illərin son illəri və 1980-ci onillikdə dərk etmənin tərəfdarı olan psixoloqlar məzmun və quruluş deyil, zehni bacarığı, proseslər aksiyasını diqqətizinə aldılar. Misal üçün, Piaje dǝ uşaqların beyin inkişafının müxtəlif mərhələlərini araşdırıb öyrənərkən testin cavabına deyil, cavabın keyfiyyətinə və səbəbinə diqqət yetirirdi.
Mərifət və məlumatlandırma psixologiyasında intellektin öyrənmə, düşünmə, halletmə bacarıqları və digər mərifət prosesləri ilə əlaqəsi öyrənilir. Sternberq deyir: “intellekt təhsil və həyat problemlərin həllində istifadə edi- lən düşünmə və öyrənmə bacarıq- larından ibarətdir (Eyken, 1985, s.219). Onun fikrincə, zəka neçə cəhətdən, yaxud neçə mərifət pro- sesindən ibarətdir.Bu proseslərin ikisi və müqayisə, xüsusi əhəmiy- yətə malikdir”. Beləliklə, Sternberq intellekti araşdırarkən məlumatlandırmadan istifadə edir, beyin quruluşunun əvəzinə isə intellekt funksiyasını, intellekt aksiyasını irəli sürür (məlumatlandırma, planlaşdırma və nəzarət, təhliletmə). O, ənənəvi test əvəzinə öyrənmə, düşünmə, yaddaş və halletmə qabiliyyətləri haqqında əldə edilmiş laboratoriya nəticələrindən istifadə edir.
Qardner (1989) analiz, intellekt, məntiq və biliyin eyni mənada olmadığı fikrinə inanaraq zəka haqqında yeni bir görüş irəli sürdü. Onun bu fikri bir çox təlim planlaşdırıcıları tərəfindən sürətlə müsbət qarşılandı. Qardner intellekti “məsələlərin həlli, yaxud bir neçə mədəniyyətdə dəyərli hesab edilən əmtəələrin istehsal bacarığı” kimi tərif elədi (Qardner və Hate, 1989). O, zehni proseslərlə əlaqǝdar bioloji və mədəni problemlər haqqında fikrini irəli sürdü. Onun bu çıxışı nitq və riyazi bacarığa əsaslanan zəka haqqında ənənəvi görüşlə fərqlidir (Marnat,2003).
Yuxarıda deyilən 7 növ intel- lekt aşağıdakılardan ibarətdir:
1-Məntiqi-riyazi intellekt meyarları kəşfetmə,müqayisə analizi və məntiqi təfəkkür bacarıqları ehtiva edir. Bu növ intellektə malik olanlar müxtəlif məlumatları bir-birilə əlaqələndirmək üçün məntiq və ədəd meyarlarına əsaslanırlar. Riyazi əməliyyatı məntiqə əsaslanaraq sürətlə yerinə yetirirlər. Ətrafda baş verənlərlə maraqlanır və onları sınamaq istəyirlər.
2-Dil-nitq intellekti yazılı və şifahi dilə son dərəcə həssas və sözlərdən bacarıqla istifadə edənlǝrǝ şamildir. Belə intellekt sahibi olan adamlar yazmaqda, oxumaqda, hekayə danışmaqda, nitq söyləməkdə, öz fikrini ifadə etməkdə çox bacarıqlı olurlar.
3-Vizual intellekt insanda məsələyə müdaxilə edib zehni təsvir yaratmaq yolu ilə həlletmə və, eləcə də görüşü düşüncəyə çevirmə bacarığı yaradır. Belə adamlar öyrənmək üçün xəritədən, göstəricilərdən, təsvirlərdən və filmlərdən istifadə edirlər.
4-Musiqi intellekti musiqiləri bir-birindən seçmək, müəyyən mahnılar bəstələmək və musiqidən zövq almaq kimi bacarıqları ehtiva edir. Belə adamlar səslərə, havalara və musiqi meyarlarına əsaslanaraq düşünürlər. Eşitdikləri musiqilərə (istər sevdikləri musiqi olsun, istər sevmədikləri) dərhal reaksiya verirlər.
5-Fiziki hərəkət intellekti bədən hərəkətlərini nəzarətə almaq bacarığı, əşya və alətlərdən məharətlə istifadə etmək bacarığı, məsələləri həll etmək üçün bədən üzvlərindən qismən, ya tam istifadə etmək bacarığı, məlumatları analiz edib ötürmək üçün ixtiyarında olan fəza həcmindən düzgün istifadə etmə bacarığı, göz-əl arasında uyğunluq və digər fiziki-psixi bacarıqları təmin edir.
6-Şəxsiyyətlərarası (interpersonal) intellekt başqalarının məqsəd maraq və duyğularını bilmək və onlarla əlaqə yaratmağını təmin edir. Belə adamlar təşkilatçılıq və başqalarına nüfuz etmək bacarığına malik olurlar. Kollektiv üzvləri arasında sülh və əməkdaşlıq yaradırlar.
7-Şəxsiyyətdaxili (intrapersonal) zəka özünü dərketmə qabiliyyətini, duyğularını, qorxularını və maraqlarını dərk etmə bacarıqlarını təmin edir. Belə adamlar öz daxili hissiyyatlarını, röyalarını, başqaları ilə əlaqələrini, öz gülü və çatışmayan cəhətlərini öyrənməyə çalışırlar. Bu zəkaya sahib olanların yaşayışları plan əsasında olur. Qardner 1999-cu ildə iki növ intellektin, naturalist və eqzistensialist zəkaların olduğunu irəli sürdü.
Naturalist zəka səbəb olur ki, təbiət hadisələrini və onların arasındakı əlaqələri müşahidə, sınaq və təsnifat yolu ilə öyrənsin, Eqzistensialist zəka varlıq və insan haqqında, həyatın mənası, həyat və ölümün məfhumu, həyatda insan ağlı varlığın meydana gəlmə səbəbi kimi müşkül suallara cavab verməyə çalışma bacarığı.
İntellekt və zehni bacarıqlar haqqında fərqli görüşlərin olduğuna baxmayaraq onların özləri önəmli şəxsiyyət özəlliklərindən, insan şəxsiyyətinin dərketmə özəlliklərindəndir. Şəxsiyyətin mərifət cəhətini nəzərə almadan öyrənmək hərtərəfli ola bilməz. İnsan şəxsiyyətinin mərifət özəlliklərinin iki əsas cəhəti zəka və yaradıcılıqdır. Onların arasında yaxın əlaqənin olduğuna baxmayaraq, bəzi psixoloqların fikrincə zəka və yaradıcı hiq ayrı-ayrı strukturlar hesab olunurlar.
Yaradıcılıq insanın yeni və faydalı əsərlər yaratma qabiliyyətidir (Sternberq və Lubart, 1999). Onların ilk xidməti psixoanaliz, geştalt psixologiyası və psixometri sahələrindəki yaradıcılığın öyrənilməsinə olmuşdur. Freyd və onun davamçıları inanırdılar ki, psixi etiraz yaradıcılıq qabiliyyətinin əmələ gəlməsində əsas rol oynayır.
Yaradıcı adamlar psixi münaqişələri daha yaxşı həll edə bilərlər. Freydin davamçılarından bəzisi, o cümlədən, Datuş (1960) bu fikirdə idi ki, yaradıcılıq psixoloji xəstəliklǝrǝ qarşı şüursuz müdafiə vasitəsidir. Vertheimer kimi gestalt psixoloqların (1945) məsələnin bilik (dünyagörüşü) yolu ilə həllinə dair fikirləri yaradıcı təfəkkürün olduğunu göstərir. Ənənəvi psixometrik görüşdə isə, Qilford (1950-1967) yaradıcılığı çarpazlaşdırıcı təfəkkür bacarıqlarından ibarət bir toplu termininə çevirdi (Karr, 2004).
Amerika psixoloqlarının fikrincə, intellekt və yaradıcılıq ayrı-ayrı qurğulardır. Burt və Vernan kimi Britaniya psixoloqları inanırlar ki, yaradıcılığın olması yüksək intellektin müəyyən səviyyəsindən yararlanmaqdan asılıdır. Əslində isə yaradıcılıq şəxsiyyət, maraq, atifə və mərifət sahələrinə aid xüsusiyyətlərdəndir. Qetsel vǝ Cekson (1962) fərqli yaradıcılıq və intellekt səviyyəsinə malik olan iki qrup məktəblilərin təhsil funksiyasını araşdırdılar.
Birinci qrup yüksək yaradıcılıq, lakin aşağı zəka səviyyələrinə, ikinci qrup isə əksinə, yüksək zəka, lakin aşağı yaradıcılıq səviyyəsinə malik idi. Birinci qrupa aid şagirdlər təhsil funksiyası baxımından daha yaxşı idi, lakin müəllimlər və sinifdaşlarla uyğunlaşmadıqlarına görə daha az sevilir, daha az qəbul olunurdular. Tədqiqatçılar belə bir nəticəyə gəlirlər ki, yaradıcılıqla intellekt arasında (zəka dərəcəsi 120 olana qədər) bağlılıq vardır. Lakin 120-ni aşdıqdan sonra iki müstəqil qurğu kimi çıxış edirlər. Torrans və Makinnon da öz araşdırmalarında həmin nəticəyə çatmışlar (Povel Jans, 1972).
Makinnonun fikrincə yaradıcı adamların obrazları aşağıdakı xüsusiyyətlərə malik olur:
•Ənənəvi və dəbdə olan həll yollarından çəkinən və axıcı düşüncəyə malik olan; •Uyğunlaşma qabiliyyətinə malik olan;
•Konvensiya xarakterli ənənə və meyarlara tabe olmayan; •Sosial həssaslıqdan yararlanan;
•Tənqidi qəbul edən;
•Geniş diapazona malik olan;
•Rəssamlıq, musiqi və s. kimi bir, yaxud bir neçə sahədə bacarıq, istedad sahibi olan (Sǝtiyi, 2003).
Vallaç və Koqan bir qrup şagirdləri tədqiqata cəlb edərək onları intellekt və yaradıcılıq qiymətlərinə görə dörd qrupa bölürdülər:
1.Yüksək yaradıcılıq, yüksək zəka
2.Yüksək yaradıcılıq, aşağı zəka
3.Aşağı yaradıcılıq, yüksək zəka
4.Aşağı yaradıcılıq, aşağı zəka.
Bu şagirdlərin davranış və təhsil funksiyası göstərir ki, birinci qrup şagirdlər öz davranışlarını, eləcə də sosial mühiti asanlıqla nəzarət altına alır və sərbəst şəraitdə tam uyğunlaşa bilirlər. İkinci qrup şagirdlər isə bir çox hallarda özlərinə və sosial mühitə qarşıdırlar, digərlərini onlara borclu bilirlər. Lakin belə adamlar təzyiqdən və məhdudluqdan kənar və sərbəst bir mühitdə müvəffəqiyət hissi keçirirlər. Üçüncü qrup şagirdlər məktəb nailiyyətinə öyrəşənlərdir. Məktəb nailiyyəti həyatda onların əsas məqsədi sayılır. Dördüncü qrup şagirdlərə gəldikdə isə onlar təlimlərdən nigarançılıq keçirir və müvəfəqiyyətləri də az olur (Aliken, 1985).
Yaradıcılıq, mərifət prosesləri, obraz xüsusiyyətləri və psixo-fizioloji proseslər sahələrində aparılan tədqiqatlarda ömürlük inkişaf və yaradıcılıqla əlaqədar sosial tekstura araşdırılmışdır (Simanton, 2000). Csidszentmihalyinin nəzəriyyəsinə əsasən (1996) yaradıcılığın inkişafı müxtəlif amillərdən asılıdır. O cümlədən aşağıdakı amillərə işarə etmək olar:
Mədəniyyət və cəmiyyət. Bütün tədqiqatçılar üçün lazım olan informasiyanı təmin edən sərbəst cəmiyyət hər hansı bir yeni fikri müsbət qarşılayır və eyni zamanda mənfi xarakterli sosial-siyasi, iqtisadi və mədəni qanun-qaydalardan uzaqdır. Buna görə də yaradıcılıq istedadların yetirilməsi inkişaf etdirilməsinə şərait vardır.
Tədqiqata cəlb olunmuş sahə: hər hansı bir tədqiqat sahəsində informasiya və məlumatlar diqqətlə qeydə alındıqda, eləcə də mövcud bilik və informasiya ilə yeni şərait yarandıqda yaradıcılıq daha çox büruzə edir. Əksinə, donuq fikirlərin hakim kəsildiyi və hər hansı bir yeniliyin qarşısında müqavimət göstərilən sahələrdə yaradıcılığın inkişafı məhdudlaşır.
• Araşdırma və tədqiqat sahəlǝrinə aid kifayət qədər biliyə fikirlər arasında əlaqə və bağlılığa malik olmaq
Ailəvi təcrübə: maraqlanmağa, tədqiqatçılığa, tənqidi düşüncəyə, ifadə sərbəstliyinə və ənənəviçilikdən uzaqlaşmağa əhəmiyyət verən bir ailədə yetişib boya-başa çatan adamlarda yaradıcılıq daha çox inkişaf edir.
Şəxsiyyətə aid özəlliklər: yaradıcılığın inkişafına zəmin hazırlayan şəxsiyyətə aid özəlliklərdən aşağıdakıların adını çəkmək olar: özəl zövq və bacarıq, bacardığı sahədə çalışmaq üçün daxili marağın olması, çarpazlaşdırıcı təfəkkür sahəsində inkişaf etmiş və sarsılmaz bacarıq, yeni təcrübələri qəbul etmək xüsusiyyəti, ənənəvilikdən xilas olmaq üçün hazırlıq (Csids- zentmihalyi, 1966).
Sternberq vǝ Lubart nəzəriyyəsinə (1999) əsasən yaradıcılıq aşağıdakı altı amilin sintezindən asılıdır.
•Mövzuları qeyri-ənənəvi yolla dərk etmək və öyrənməyə dəyər mövzuları seçmək qabiliyyəti
•Araşdırma və tədqiqat sahəlǝrinə aid kifayət qədər biliyə malik olmaq
•Problemlərin həllini yeni prinsiplə düşünmək kompleks mövzu nigarançılığı keçirən düşüncəyə malik olmaqla eyni halda kompleksin tərkib hissələrini düşünmək.
•Risk eləmək, maneələri aradan qaldırmağa lazım olan ardıcıllıq, problemlərə və uğursuzluqlara dözmək, özyararlılıq (self-efficacy) kimi müəyyən şəxsiyyət özəlliklərinə malik olmaq.
•Sosial dəstəkdən, əlverişli sosiaı şəraitdən və mükafatlandırıcı cəmiyyətdən yararlanmaq
•Piokastro, Qardner və digər tədqiqatçılar tərəfindən Darvin, Piaje, Eynştein, Freyd, Pikasso, Qandi və Can Stvart Milli alim və ixtiraçıların həyatının Qandi və Can Stvart Mill alim və ixtiraçıların hayatının tədqiqi göstərmişdir ki, onlar yaradıcılıq səviyyəsinə çatmazdan əvvəl uzun illər boyu öyrənməklə məşğul olmuşlar. Lazımi bacarığı kəsb etdikdən və kifayət qədər püxtələşdikdən sonra öz yaradıcılıqlarını əksər hallarda vahid bir əsər şəklində deyil, bir-birilə əlaqədar əsərlər şəbəkəsi şəklində təqdim etmişlər.
Başlanğıcdan yaradıcılıq zirvəsinə aparan mərhələlər düz bir xətt üzərində deyil, enişli-yoxuşlu ilanvarı bir xətt üzərində yerləşir.
İnsan yeni bir əsər yaratmaq üçün tədqiqat sahəsinə aid olan qanun qaydaları və prinsipləri mənimsəməli, sonra isə bəzi fikirlərlə razılaşmamalı və nəhayət, yeni fikirlər irəli sürməlidir (Sternberq, 1999).
Fars tədqiqat ədəbiyyatını araşdırdıqdan sonra (1999) belǝ bir nəticəyə yetişmişdir ki, sənətkarlar və alimlər adi camaatdan tam fərqli bir şəxsiyyətə malik olurlar. Onlar yeniliyi müsbət qarşılayırlar, özlərinə inanan, ambisionist, iqtidarda olmaq və makroçu adamlardırlar, ənənǝyǝ nadir hallarda tabe olurlar. Yaradıcı adamlar qruplarının arasında da müəyyən fərqlər vardır. Yaradıcı sənətkarların həyəcan stabilliyi daha azdır. Yaradıcı adamlarda yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün lazım olan daxili maraq xarici maraqdan daha çox rol oynayır (Sternberq, 1999).
Tədqiqatımızın hədəfi Tehranın orta məktəblərində təhsil alan şagirdlərin şəxsiyyət və yaradıcılıq arasındakı əlaqəni öyrənmək olduğu üçün şəxsiyyət haqqında bəzi qeydlər zəruridir. Şəxsiyyət haqqında iki mühüm görüş vardır: genetik xüsusiyyətə əsaslanan görüş və sosial mövqeyə əsaslanan görüş Birinci görüş insan şəxsiyyətini daxili və genetik amillǝrǝ, ikinci görüş isə sosial mövqeyə bağlayır. İki görüşün sintezindən aşağıdakı tərifi çıxarmaq olar: “Şəxsiyyət bir sıra özəlliklər və xüsusiyyətlər toplusudur ki, onun davamlı reaksiyasına səbəb olan meyarları müəyyənləşdirir” (Mur- pi Deyvid Şafer, 1991)
Şəxsiyyət xüsusiyyətləri nəzəriyyəsinə əsasən insanın təcrübə və davranışlarının mühüm cəhətlərini bir sıra xüsusiyyətlərə əsaslanaraq izah etmək olar. Bu xüsusiyyətlərin hər biri cəmiyyətdə uyğunlaşaraq yayılmışdır. Misal üçün xüsusiyyət baxımından adamların çoxu orta eksternallıqda, daha az hissəsi bu xüsusiyyətin iki qurtaracağında yerləşir. Son illərdə bu nəzəriyyə beş amilli şəxsiyyət əsasın- da izah olunur (Mak Kra vǝ Kosta,1999).
Həmin meyara əsaslanaraq insan şəxsiyyətini beş amillə bəyan etmək, izah etmək olar. Bu beş amilin hər biri altı xüsusiyyətdən yaxud 6 budaq amildən ibarətdir. Bu amillər və onları budaq məcmuəsi aşağıdakılardan ibarətdir:
- Nevrasisizm (N).Bu amil həyəcan stabilliyi və uyğunlaşma ilə əlaqədardır. Onun xüsusiyyətləri iztirab, depressiya, utancaqlıqdır.
- Eksternalizm (E). Bu amil camaatla qaynayıb-qarışmağa, aktiv olmağa, şadlığa yönəlməyə və risk qəbul etməyə yönəlməklə əlaqədardır. Onun budaq sifətləri aşağıdakılardan ibarətdir: istiqanlılıq, səmimilik, camaatla qaynayıb qarışan, yaxud kollektivizm, cəsarətlilik, aktiv olmaq, həyəcan tǝrǝfdarı olmaq, müsbət həyəcanları daha rəğbətlə qarşılamaq.
- Təcrübə qəbul etmək (O). Bu amil təcrübələrə açıq olmaq, zəngin təxəyyülə malik olmaq, daxili və xarici dünya ilə maraqlanmaq, sərbəst düşüncə və ənənəyə uymamaq xüsusiyyətləri ilə əlaqədardır. Aşağıdakı sifətləri ehtiva edir: təxəyyül, estetika, emosionallıq və həyəcanlandırıcı əməllər. geniş düşüncə və dəyər meyilləri.
- Ürǝyǝ yapışmaq. Bu amil qrup daxili sevilməklə əlaqədardır. Bu amilin verdiyi yüksək qiymət insansevərliyi, həmrəyliyi və humanist meyilləri göstərir. Budaq amilləri aşağıdakılardan ibarətdir: etimad, açıq danışmaq, insansevərlik, təvazökarlıq, yoldaşlıq, həlimlik və ürəyiyumşaqlıq.
- Vicdanlı olmaq (C). Bu amil özünü ələ almaq, əzmli olmaq, işləri plan əsasında görmək və müvəffəqiyyət meyilləri ilə əlaqədardır. Budaq amilləri isə aşağıdakılardan ibarətdir: layiqli və bacarıqlı olmaq, nizam-intizamlı olmaq, üzərində olan vəzifəni başa düşmək, uğur üçün çalışmaq, özünü ələ almaq, uzaq görənlik, ehtiyatla qərar qəbul etmək (Kosta, Mak Kra, 1992).
Bu 5 amil və onları təşkil edən budaq amillər böyük nümunə qrupların faktiki analizi nəticəsində əldə edilmişdir. Mak Kranın nəzərincə beş amilli şəxsiyyət meyarı nəzəriyyəsi Ayzenkin şəxsiyyət nəzəriyyəsinə (1990) (Ayzenkin fikrincə insan şəxsiyyəti üç xüsusiyyətlə, nevrosisiya, eksternalizm, psixosisiya ilə izah edilməlidir) və Kettelin 16 amilli şəxsiyyət nəzəriyyəsinə əsaslanır. Çünki bu meyarın ilk iki amili Ayzenk meyarında (E) və (N)amilləri ilə üst-üstə düşür. (A) və (J) amilləri də psixosisiya ilə əlaqədardır. (A)amilində az qiymət alanlar başqaları ilə soyuq olaqədə olur, (C)amilində az qiymət alanlar isə ictimai qanun-qaydaya bağlı olmurlar. Bu xüsusiyyətlərin ikisi də psixosisiyaya yönəlişi göstərir. Bundan əlavə Kettelin on altı amilli şəxsiyyət meyarının testinə dair ikinci faktik analiz dörd makroamilə gəlib çıxır: qeyri-bağlılıq, inad, iztirab, eksternalizm. Bu dörd amilin özü də Mak Kra və Kostanın 5 amilli meyarlarına bǝnzəyir (Şərifi, 2003).
Ədəbiyyat:
- Aiken, Lewis R. Psychological Testing and Assessment. Massachusetts. Allyn and Bacon Inc. 1985
- Carr, Alan. Positive Psychol- ogy. The Science of Happiness and Human Strenghts. Taylor&Francis.2004
- Darling, N. and Steinberg L. Pareting Styles As Contex. An Integrative Model. Psychological Bulletin. 1993
- Gardner, Howard. Intelligence Reframed. Multiple Intelligence for 21century.
- Jones P.T. Creative learning in Prospecive. University of London Press LTD.
- Murphy Kelyin R. and Davidshofer O. Psychological Testing. Principle and Application.2nd edition. 1991
- Pervin 1. and John O. Hand- book of Personality. Theory and Research. New York. Guilford.1999
- Sternberg. Handbook of creativity. Cambridge University press.
Müəllif: İran Astara Azad Universitetinin müəllimi Seyid Mahammad Rashidi