“Çocuk Gelişimi ve Psikolojisi” Online Simpoziumu keçirilmişdir

23.11.2022-ci il tarixində “Çocuk Gelişimi ve Psikolojisi” Simpoziumu keçirilmişdir. Simpozium Online formada Microsoft Teams platforması üzərindən həyata keçirilmişdir.

Simpozium Prof.Dr.Mehmet Engin Deniz və PhD Elnur Rüstəmovun açılış nitqi ilə başlamışdır. Daha sonra xarici müəllim heyəti və yerli mütəxəssislərimiz “Çocuk Gelişimi ve Psikolojisi” ixtisasartırma təhsilində tədris edəcəkləri mövzular üzərindən iştirakçılara zəruri biliklər vermişdir. Sonda iştirakçıların sualları cavablandırılmışdır, fikirləri dinlənilmişdir.

Qeyd etmək istərdik ki, Simpoziumda öz biliklərini iştirakçılarla bölüşən, onlara qaranlıq qalan məqamlara aydınlıq gətirən mütəxəssislərimiz eyni zamanda #ÇocukGelişimivePsikolojisi ixtisasartırma təhsilini tədris edəcək mütəxəssislərdir.

“Çocuk Gelişimi ve Psikolojisi” ixtisasartırma təhsilinin ümumilikdə proqram 162 saat-72 saat canlı, 90 saat online nəzərdə tutulmuşdur.

Dərsləri tədrsi edəcək mütəxəssislərimiz isə Prof.Ali Eryılmaz, Doç.Dr.Özkan Sapsağlam, Doç.Dr.Seydi Ahmet Satıcı, Doç.Dr.Begüm Satıcı, Dr.Öğr.Seher Merve Erus, Pedaqogika üzrə Fəlsəfə doktoru Lalə İmanova, Klinik Psixoloq Narınc Rüstəmova və Klinik Psixoloq Nuriyyə Quliyeva olacaqdır.

Qeydiyyatdan keçmək üçün 055 294 27 00 (Mobil/What`s App) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Online Qeydiyyat