“Uşağın davranışında qeyri-adekvatlıq varsa, valideyn bunu gizlətməməlidir” 

Dünya ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə aparır. İnsanları bu bəladan xilas etmək üçün müxtəlif vasitələr hazırlayırlar. Bəs narkomaniyadan necə xilas olmaq olar? Hansı effektiv yollar var? BƏzən insanlar düşünür ki, bir şəxsvnarkomaniyaya qurşandısa həmin insandan birdəfəlik imtina etmək lazımdır və onun geri dönüşü yoxdur. Hansı yollarla həmin insanı narkomaniyadan çəkindirərək müalicə etmək olar? Narkomanlara ətraf mühitin münasibəti necə olmalıdır? 

Bu barədə Sitat.info-ya açıqlamasında psixoloq Elnur Rüstəmov qeyd etdi ki, dünya  aslılıq problemi ilə mübarizə aparır və aslılığın müxtəlif istiqamətləri var: ” Zərəli oyunlardan, içkilərdən, internetdən və eyni zamanda narkotikdən aslılıq mövcuddur. Narkotik və psixotrop maddələrdən aslılıq və bunlardan əziyyət çəkən insanlar çoxdur. Bu gün narkotik və psixotrop maddələrdən aslı olan insanların sayında durmadan artım müşahidə olunur. Buna da düz mütənasib olaraq maariflənmə işi bütün dünyada aparılır ki, insanlar əziyyət çəkməsinlər”.

Psixoloq vurğuladı ki, narkomaniyadan əziyyət çəkən insanlar istər iş mühitində, istərsə ailə mühitində  problemlər yaradırlar: “Bu cəmiyyət üçün bu böyük bir sosial problemə gətirib çıxarır. Qeyd etmək istərdim ki, bunun müalicəsi ilə bağlı fikirlər müxtəlifdir. Ancaq aslılıq müalicəyə tabe olur. O şərtlə ki, burada sistematik doğru diaqnostika və müdaxilə proqramı tətbiq olunsun. Təbii ki, buna zaman lazımdır. Çünki, bununla bağlı aparılan psixoloji və narkoloji dəstək zaman aparır. Hər kəs bu müddətə dözə bilmir. Bu gün kifayət qədər müalicə alıb bu  problemdən qurtulan insanlar var. Biz bu şəxsləri ətrafımızda da görə bilərik”.

E.Rüstəmov diqqətə çatdırdı ki, narkomaniyadan müalicə yoxdur fikri məqsədli şəkildə formalaşdırılır: “Sadəcə ətrafda belə bir fikir yaranır ki, bunun müalicəsi yoxdur. Bu fikri formalaşdırmağa çalışanların bir qismi narkotikin satışı ilə məşğul olan insanlardır. Şübhəsiz ki, onlar maraqlı deyillər narkomaniyanın müalicəsində. Müalicəsi yoxdur deyərək fikir formalaşdırmağa çalışırlar ki, sən bundan asılı oldunsa ömür boyu  əziyyət çəkəcəksən”.

Psixoloq hesab edir ki, aslılığın müalicəsini sistematik aparmaq lazımdır: “Ən vacibi isə bu istiqamətdə maarifləndirici işlər aparmaqdır. Əgər maariflənmə gedərsə və profilaktik tədbirlər aparılarsa, bundan əziyyət çəkən insanlar az olacaq və sosial problemlər də azalacaq. Maarifləndirmə təhsil ocaqlarında aparılmalıdır, sosial çarxlar çəkilməlidir. Bu bizim üçün priorotet məsələ olmalıdır.  Valideynlər diqqətli olmalıdır, uşağın davranışında, ünsiyyətində hər hansı adekvat olmayan bir yanaşma görürsə zamanında tədbir görülməlidir, gizlətməməlidir. Bəzən görürük ki, ana atadan gizlədir, amma deməlidir. Zamanında ortaya çıxarılmalıdır ki, bundan əziyyət çəkən insanlar da az olsun.

Mənbə: https://sitat.info/news/15426/usagin-davranisinda-qeyri-adekvatliq-varsa-valideyn-bunu-gizletmemelidir-psixoloq

Online Qeydiyyat