“MONTESSORİ TƏLİMİ” mövzusunda vebinar

30 noyabr 2022-ci il tarixində, saat 19:30-da Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında “Montessori təlimi” mövzusunda vebinarımız baş tutacaqdır. Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcəkdir.

Vebinarda ” Niyə Montessori metodunu seçməliyik” və “Montessori metodu hansı yaş qrupundan olan uşaqlara tətbiq oluna bilər” və s. kimi məsələlərə toxunulacaqdır.

Qeyd edək ki, vebinarda iştirak ÖDƏNİŞSİZDİR.

Vebinara qoşulmaq üçün aşağıda qeyd etdiyimiz nömrə ilə Mobil/What’s App üzərindən əlaqə saxlaya bilərsiniz: 070 268 27 08

Online Qeydiyyat