AİLƏ PSİXOTERAPİYASI İXTİSASLAŞMA Kursu Rəsmi İxtisasartırma Təhsilinə qeydiyyat başladı

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Türkiyənin Yıldız Teknik Üniversitesi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən AİLƏ PSİXOTERAPİYASI İXTİSASLAŞMA Kursu Rəsmi İxtisasartırma Təhsilinə qeydiyyat başladı.

Kurs 450 saatlıq proqramı əhatə edir və 10 ay davam edəcək. Proqramın sonunda iştirakçılara BEYNƏLXALQ SERTİFİKAT təqdim ediləcək.

Proqramda psixologiya, sosiologiya, sosial iş, təhsildə sosial-psixoloji xidmət, korreksiyaedici təlim ixtisasını bitirmiş və ya təhsili davam edən (3-cü və 4-cü kurs tələbələri) şəxslər, həkimlər və rezidentura tələbələri iştirak edə bilərlər.

Təlimçilər Prof. Dr. Mehmet Engin Deniz, Prof. Dr. Yavuz Erişen, Prof. Dr. Ali Eryılmaz, Prof.Dr. Aydın Balyer, Vəkillər Kollegiyasının üzvü, “Faiq Nağıyev və partnyorları” bürosunun direktoru, vəkil Faiq Nağıyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva, Dr. Öğr. Seher Merve Erus, Doç. Dr. Özkan Sapsağlam, Doç. Dr. Seydi Ahmet Satıcı, Doç. Dr. Bülent Alcı, Doç. Dr. Begüm Satıcı, Dr. Öğr. Üyesi Hasan Ali Kaplan və Dr. Öğr. Üyesi Sema Aydın olacaqdır.

Kursun proqramına aşağıdakı mövzular daxildir:

Pozitiv psixologiya

Ailədə təhsil

Ailədə öyrənmə-Öyrətmə problemləri

Ailədə istismar və travma

Ailə hüququ

Ailədə gender bərabərliyi

Ailə büdcəsi və onun idarə edilməsi

Psixopatologiya

Ailə sağlamlığı təhsili

İnkişaf psixologiyası

Ailələrə psixoloji məsləhət prinsipləri və texnikaları

Xüsusi qayğıya ehtiyacı olan uşaqları olan ailələr

Uşaq hüquqları və qanunlar

Şəxsiyyətlərarası münasibətlər və ailədə ünsiyyət

Metaforik Assosiativ Kartlar (MAK) texnikası

Uşaqlarda davranış pozuntuları

Psixoloji məsləhət nəzəriyyələri

Sosial bacarıqlar

Valideynlik bacarıqları

Ailə psixologiyasında psixoloji testlər və istifadə qaydaları

Ailə psixoterapiyası prosesi

Ailə psixoterapiyası prosesi (Etik qaydalar)

Superviziya

CBT Ailə psixoterapiyası

Həll Mərkəzli ailə psixoterapiyası

Şəxsiyyət psixologiyası

Ailə psixoterapiyasında superviziya

İştirakçı sayı limitlidir, öncədən qeydiyyat mütləqdir.

Qeydiyyatdan keçmək üçün 070 268 27 08 (Mobil/What`s App) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Online Qeydiyyat