Aytəkin Zeynallı

2019-cu ildə, 297 saylı tam orta məktəbdən məzun olduqdan sonra Xəzər Universiteti Psixologiya ixtisasına dövlət sifarişli qəbul oldum. İlk iş təcrübəm 2020-ci ildə fevral-may arası Genderhub Azerbaijan- qeyri hökümət təşkilatında olub, 3 ay könüllü şiddətdən zərər çəkmiş və ya köməyə ehtiyacı olan insanlara psixoloji yardım proqramında iştirak etdim. İşim müraciət edən insanların problemlərinə uyğun onları sığınacaqlara, mütəxəssis hüquqşünaslara, psixoloqlara yönləndirmək idi. Bu müddət ərzində insanları səbrlə dinləməyin, güclü empatiya qurmağın onlara necə fayda verdiyini əyani şəkildə görmüş oldum, açıqcası, sadəcə universitetdə bunları nəzəriyyə kimi öyrənməkdən çox tətbiq etmək məni inkişaf etdirdi. Həmçinin komanda ilə işləyib birlikdə təşkilatımız üçün layihələr hazırlamaq, sığınacaqlara (zərərçəkmiş qadınların və uşaqların yerləşdiyi) baş çəkmək, onlara az da olsa kömək etmiş olmaq mənim üçün önəmli bir təcrübə idi.

2022-ci il universitetdə tədris olunan Asılılıq Psixologiyası fənni haqqında biliklərimi daha da dərinləşdirmək və mənimsəmək üçün Respublika Asılılıq Mərkəzində fevraldan iyuna qədər müəllimim Ramin Allahverdiyev başçılığı altında könüllülük etmişəm. Müxtəlif asılılıqlardan məsələ içki, psixoaktiv maddə, əziyyət çəkən insanlarla ilkin görüşlərdə iştirak edib, onların hazırkı halı, nə qədər müddət asılı olmaqları, bu vərdişə başlama səbəbləri, sağalmağa müsbət baxıb baxmadıqlarını araşdırırdım. Problemin kökü eyni olsa da, vəziyyətlərin ayrı olması və hər danışdığım pasiyent haqqında qeydlər aparıb yaranan sualları müəllimimlə bölüşməyimin çox xeyri oldu. Bu müddət ərzində dərsdə keçdiyimiz psixoaktiv maddələrin növləri və təsirləri haqqında daha geniş bilik əldə etmiş və ən əsası da psixoterapiya necə aparılmalıdır, pasiyentə necə davranmaq düzgündür, terapevtik əlaqə necə qurulmalıdır kimi əsas nüansları tətbiq edərək öyrənmiş oldum.

2022-ci il sentyabr ayından dekabr ayına kimi Psixi Sağlamlıq Mərkəzində internship keçdim. Bu təcrübəmdə psixologiya tələbəsi olaraq ora müxtəlif problemlərlə gələn, əsas da depressiyadan, təşvişdən əziyyət çəkən pasiyentlərdən ilkin müsahibə(haqlarında ümumi məlumat, gəliş səbəbləri) almaq, ya da orada işləyən mütəxəssis psixoloqların bölüşdüyü case-lərlə bağlı şərh bildirmək, həmin case-ləri analiz etmək klinik psixologiyaya olan həvəsimi artırdı. Hər dəfə yeni insanlarla komunikasiya qurmaq, onları düzgün yönləndirməyə çalışmaq və ən əsası da özümdən daha təcrübəli insanlardan işin tətbiqi haqqında incə detayları öyrənmək sahəmdə daha yaxşısı olmaq üçün məni təşvik etdi.

7 may və 2 oktyabr tarixləri arasında “Rasional Emosional& Kognitiv Davranış Terapiyası” kursunda iştirak etmişəm.

Son məqalələr

Online Qeydiyyat