AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları ilə elmi tədqiqatlarla bağlı növbəti görüş keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin əməkdaşları ilə elmi tədqiqatlarla bağlı növbəti görüş keçirib.

Görüşdə “Azərbaycanlı yetkin şəxslər arasında həyatdan məmnunluq, psixoloji distress və sosial dəstək arasındakı əlaqəni müəyyən etmək” adlı yekunlaşdırılmış elmi məqalənin müzakirəsi aparılıb. Eyni zamanda, yeni tədqiqat mövzusu seçilib, görüləcək işlər barədə danışılıb.

Online Qeydiyyat