“Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib

06.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib.

Təlim institutun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva və psixoloq Ülviyyə Nəhmətova tərəfindən aparılıb. İki qrupdan ibarət məktəb psixoloqları heyətinin birinci qrup iştirakçıları üçün psixoloq Mətanət Əliyeva “Uşaq depressiyası” mövzusunu tədris edib.İkinci qrup məktəb psixoloqlarına psixoloq Ülviyyə Nəhmətova “Diqqət əskikliyi və hiperaktivlik pozuntusu” mövzusunu tədris edib.

Qeyd edək ki, təlimlərdə ümumilikdə 100 nəfər məktəb psixoloqunun iştirak etməsi nəzərdə tutulub. Təlimlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarının təkmilləşdirilməsi, təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.

Online Qeydiyyat