AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları ilə elmi tədqiqatlarla bağlı növbəti görüş keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin əməkdaşları ilə elmi tədqiqatlarla bağlı növbəti görüş keçirib.

Görüşdə yekunlaşdırılmış elmi məqalənin müzakirəsi aparılıb. Eyni zamanda, “Sosial bağlılıq, psixoloji dözümlülük və psixoloji rifah arasında əlaqə” adlı yeni tədqiqat üçün görüləcək işlər barədə danışılıb.

Online Qeydiyyat