Elmi-tədqiqat qrupunun növbəti görüşü keçirilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi-tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə tədqiqatçılar yekunlaşdırılan məqalə ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra “Bullinq”, “emosional tükənmə” və “məktəb məmnunluğu” mövzularında hazırda işləri davam edən məqalələrin müzakirəsi aparılıb, sonrakı mərhələlər müəyyənləşdirilib.

Eyni zamanda elmi-tədqiqat qrupu üzvlərinin “Scopus” indeksli jurnalda çıxması münasibətilə fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və dos.dr. Seydi Ahmet Satıcı əməkdaşları təbrik ediblər.

Online Qeydiyyat