Psixologiya Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının məqaləsi “Scopus” indeksli jurnalda

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları, tibb üzrə fəlsəfə doktoru Gülay Məmmədzadə, psixoloqlar Mətanət Əliyeva, Ülviyyə Nəhmətova və klinik-psixoloq Fuad Əsədovun həmmüəllifi olduqları “Azərbaycanlı yeniyetmələrin nümunəsində psixoloji dözümlülük, imtahan narahatlığı və məktəb məmnuniyyəti arasında əlaqələr” (Relations among psychological resilience, exam anxiety, and school satisfaction in a large sample of Azerbaijani adolescents) adlı məqalə “Scopus”, eləcə də “ERIC”, “EBSCO”, “Index Copernicus”, “DOAJ” kimi beynəlxaq indeksli elmi bazalarda yer alan “European Journal Educational of Research” junalının 12-ci sayında dərc edilib.

Məqalə yeniyetmələr arasında imtahanqabağı və imtahandan sonrakı psixoloji narahatlıq, bu problemlərin aşkara çıxarılması və həlli yollarının müəyyənləşdirilməsi mövzusunu əhatə edir.

“Structural equation modeling (SEM)” analizi əsasında aparılan araşdırma nəticəsində yeniyetmələrdə psixoloji sağlamlıq və məktəb məmnuniyyətinin artırılmasına nail olmaqla, onlarda imtahan narahatlığını azaltmağın mümkünlüyü qənətinə gəlinib.

Həmçinin araşdırma göstərir ki, məktəb psixoloqları yeniyetmələrin psixoloji sağlamlığını artırmaq, onlarda məktəbə bağlılıq yaratmaq üçün elmi əsaslı proqram çərçivəsində sistemli şəkildə işləməli, bu qiymətləndirmələrin düzgün aparılması üçün vacib olan psixoloji testlər və modellərdən istifadə etməlidirlər.

Qeyd edək ki, araşdırma zamanı 1819 yeniyetmə arasında (13-18 yaş) sorğu aparılıb.

Mənbə: https://sonxeber.az/290551/psixologiya-elmi-tedqiqat-institutunun-emekdaslarinin-meqalesi-scopus-indeksli-jurnalda

Online Qeydiyyat