Yeniyetmələrdə imtahan narahatlığını azaltmaq mümkündür – araşdırma

“Azərbaycanlı yeniyetmələrin nümunəsində psixoloji dözümlülük, imtahan narahatlığı və məktəb məmnuniyyəti arasında əlaqələr” (Relations among psychological resilience, exam anxiety, and school satisfaction in a large sample of Azerbaijani adolescents) adlı məqalə “Scopus”, eləcə də “ERIC”, “EBSCO”, “Index Copernicus”, “DOAJ” kimi beynəlxaq indeksli elmi bazalarda yer alan “European Journal Educational of Research” junalın aprel ayındakı 12-ci nömrəsində dərc edilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutundan AZƏRTAC-a bildirilib ki, məqalənin həmmüllifləri institutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları, tibb üzrə fəlsəfə doktoru Gülay Məmmədzadə, psixoloqlar Mətanət Əliyeva, Ülviyyə Nəhmətova və klinik-psixoloq Fuad Əsədovdur.

Məqalə yeniyetmələr arasında imtahanqabağı və imtahandan sonrakı psixoloji narahatlıq, bu problemlərin aşkara çıxarılması və həlli yollarının müəyyənləşdirilməsi mövzusunu əhatə edir.

“Structural equation modeling (SEM)” analizi əsasında aparılan araşdırma nəticəsində yeniyetmələrdə psixoloji sağlamlıq və məktəb məmnuniyyətinin artırılmasına nail olmaqla onlarda imtahan narahatlığını azaltmağın mümkün olması qənətinə gəlinib.

Həmçinin araşdırma göstərir ki, məktəb psixoloqları yeniyetmələrin psixoloji sağlamlığını artırmaq, onlarda məktəbə bağlılıq yaratmaq üçün elmi əsaslı proqram çərçivəsində sistemli şəkildə işləməli, bu qiymətləndirmələrin düzgün aparılması üçün vacib olan psixoloji testlər və modellərdən istifadə etməlidirlər.

Qeyd edək ki, araşdırma zamanı 13-18 yaş aralığında olan 1819 yeniyetmə arasında sorğu aparılıb.

Mənbə: https://azertag.az/xeber/Yeniyetmelerde_imtahan_narahatligini_azaltmaq_mumkundur____arasdirma-2569130

Online Qeydiyyat