“MEDİAlab” layihəsi çərçivəsində “Emosional zəka” mövzusunda təlim keçiriləcəkdir

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin – Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün psixoloq Elnur Rüstəmov tərəfindən “Emosional zəka” mövzusunda təlim keçiriləcəkdir.

Təlim 19 aprel 2023-cü il tarixində, saat 15:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcəkdir.

Seminarda iştirak etmək üçün aşağıda göstərilən sayta daxil ola bilərsiniz: https://media.gov.az/fealiyyet/layiheler/MEDAlab-layihesi/

Qeydiyyat 18 aprel tarixinə qədər davam edəcəkdir.

Online Qeydiyyat