Bakı Qızlar Universitetinin tələbələri ilə görüş keçirilmişdir

Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və institutun Yaş və inkişaf psixologiyası şöbəsinin kiçik elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova Bakı Qızlar Universitetinin tələbələri ilə görüş keçiriblər.

Görüşdə Elnur Rüstəmov və Narınc Rüstəmova tələbələrlə təcrübələrini bölüşüblər, onların ixtisaslaşdıqları sahə barədə danışıblar, fikir mübadiləsi aparıblar.

Daha sonra tələbələr institutun Fuad İbrahimbəyov adına tarixi muzeyi, “Beyin və Davranış” laboratoriyası, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi və təlim aparılan otaqları ilə tanış olublar. Eyni zamanda, institutda aparılan elmi-tədqiqatlar, psixokorreksiya işləri, neyropsixoloji aparatlar və onların iş prinsipləri haqqında məlumat alıblar.

Online Qeydiyyat