“Şagirdlərin psixoloji passportları hazırlanır”

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun “Kommersant.az” saytına “Şagirdlərin psixoloji passportları hazırlanır” aldı müsahibəsini sizə təqdim edirik:“Burada təhsil alanın fizioloji, psixoloji sağlamlıq durumu ilə bağlı məlumatlar qeyd olunur. Lazım olanda yeni əlavələr edilir. Bu şagird başqa bir məktəbə gedəndə artıq o məktəbdə çalışan məktəb psixoloqu o şagirdin öncəki davranışları ilə bağlı müəyyən məlumatlara malik olur. Bu prosesdə şəffaflıq qorunur”.

Elnur Rüstəmov qeyd edib ki, şagirdlə bağlı hər hansı bir problem və narahatçılıq olarkən ən azından məktəb psixoloqunun həmin şagirdin keçmişi ilə bağlı məlumatlı olması ona qarşı daha həssas davranılmasına səbəb ola bilər.“Düşünürəm ki, bu yanaşma ümumiyyətlə məktəblərdə birbaşa psixoloji xidmətin daha yaxşı təşkil olunmasına müsbət təsir göstərəcək”.

Psixoloq vurğulayıb ki, burada əsas diqqət edəcəyimiz ən vacib məqamlardan biri uşaq haqqında məlumataların doğru yazılması, şagirdlərin doğru psixoloji dəyrləndirilməsidir:“Doğru psixoloji dəyərləndirmə istiqamətində məktəb psixoloqlarda doğru testlərin var olması vacib məqamdır. Əgər dəyərləndirmə obyektiv aparılmazsa, orada qeyd olunan məlumatlar yalnış ola bilər və həmin şagird haqqında yalnış fikir formalaş bilər. Nəticədə proses bir şagirdin həyatına təsir göstərər”.

Elnur Rüstəmov onu da qeyd edib ki, ideya özlüyündə çox yaxşı ideyadır və Azərbaycan məktəblərində tətbiq olunsa, psixoloji xidmətin inkişafına töhvələr verəcək”

https://www.kommersant.az/news/other/42114.html

Online Qeydiyyat