Psixologiya Elmi-Tədqiqat İnstitutunun və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib.

Görüşdə institutun elmi tədqiqat qrupu ilə “Bullinq”, “Emosional tükənmə” və “Məktəb məmnunluğu” mövzularında hazırda işləri davam edən məqalələrin müzakirəsi aparılıb, sonrakı mərhələlər müəyyənləşdirilib.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin əməkdaşları ilə “Sosial bağlılıq, psixoloji dözümlülük və psixoloji rifah arasında əlaqə” adlı məqalənin görüləcək işləri barədə danışılıb.

Online Qeydiyyat