Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov Türkiyənin İstanbul şəhərində keçirilən “IX Beynəlxalq TURKCESS Təhsil və Sosial Elmlər” konfransına (IX. Uluslararası TURKCESS Eğitim ve Sosyal Bilimler Kongresi) qatılıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov Türkiyənin İstanbul şəhərində keçirilən “IX Beynəlxalq TURKCESS Təhsil və Sosial Elmlər” konfransına (IX. Uluslararası TURKCESS Eğitim ve Sosyal Bilimler Kongresi) qatılıb. 18-20 may tarixlərini əhatə edən konfransa Yıldız Texniki Universiteti (Yıldız Teknik Üniversitesi) ev sahibliyi edib.
Fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov konfransda “Azərbaycan məktəblərində bullinq” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda şagirdlər arasında bullinqin səbəbləri, bulliqin yaratdığı psixoloji narahatlıqlar, bu halın şagirdlərin akademik nəticələrinə təsiri haqqında araşdırmalar yer alıb, eləcə də şagirdlərin aqressiv davranışlarının müəllimlər və valideynlər tərəfindən diqqətdə saxlanılması, bu məsələdə məktəb heyətinin yanaşması, peşəkar psxioloji dəstəyin göstərilməsi ilə bağlı istiqamətlərdən bəhs olunub.
Elnur Rüstəmov daha sonra konrfansın plenar sessiyalarından birinin moderatorluğunu icra edib.
Konfransda həmçinin Elnur Rüstəmova “Türk Dünyası Xidmət” (Türk Dünyası Hizmet Ödülü) mükafatı təqdim olunub.

Qeyd edək ki, builki konfransın əsas mövzusu “Türkiyə Cümhuriyyətinin 100-cü ilində təhsil, mədəniyyət və cəmiyyət” istiqaməti üzrə olub. Konfransa 20-dən çox ölkənin elm adamları, tədqiqatçıları qatılıb.

Son məqalələr

Online Qeydiyyat