Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva və institutun əməkdaşı klinik-psixoloq Mələk Allahverdiyevanın həmmüəllif olduqları “Təhsildə psixoloji xidmətin əsasları” kitabı nəşr edilib.

Kitabda təhsilalanların koqnitiv, emosional, sosial inkişafı, şəxsiyyətin formalaşması məsələlərindən bəhs olunur, həmçinin
baş verə biləcək neqativ halların, narkotik maddələrin, spirtli içkilərin istifadəçisinə çevrilməyin, intihar hallarının, məktəbdən yayınma, aqressiya kimi davranışların vaxtında qarşısının alınması üçün düzgün psixoloji xidmətlərin vacibliyi vurğulanır.

Online Qeydiyyat