Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq psixologiyasının əsasları” üzrə ixtisasartırma təlimlərinə başlanılıb

Psixologiya Elmi Tədqiqat İnstitutunun və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq psixologiyasının əsasları” üzrə ixtisasartırma təlimlərinə başlanılıb.

Avqustun 31-də Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Gəncə, Lənkəran və Quba şəhərlərində təlim keçiblər.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov Lənkəran şəhəri Həzi Aslanov adına 3 nömrəli tam orta məktəbdə olub. O, təlimin gedişatı ilə maraqlanıb və iştirakçıların təlimlə bağlı rəylərini dinləyib, onlarla müzakirə aparıb.

Online Qeydiyyat