Müəllimlər üçün “Uşaq psixologiyasının əsasları” üzrə ixtisasartırma təlimləri təşkil olunub

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm vəTəhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün“Uşaq psixologiyasının əsasları” üzrə ixtisasartırma təlimləri təşkil olunub.

Təlimlər “Təhsildə psixologiya”, “Məktəbli dövründə uşaqların psixoloji inkişafı”, “Məktəblilərdə rast gəlinən problemlər və onlara düzgün yanaşma üsulları”, “Müəllim-şagird-valideyn üçbucağı”, “Pedaqoqun peşə səriştəliliyi” mövzuları üzrə aparılır.  

Avqustun 28-dən sentyabrın 1-dək müddəti əhatə edən təlimlərdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Gəncə, Samux, Lənkəran və Quba şəhərlərində təlim keçiblər. Təlimlərdə ümumilikdə 668 müəllim iştirak edib. 

Təlim müddətində həmçinin Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov Lənkəran şəhəri Həzi Aslanov adına 3 nömrəli tam orta məktəb, Quba rayonu Zəki Kərimov adına Birinci Nügədi 1 nömrəli tam orta məktəb, Samux rayonu Sərkar kənd tam orta məktəbi, İnstitut qəsəbəsi tam orta məktəbi və Çobanabdallı kənd tam orta məktəbində olub və təlimlərin gedişatını izləyibO, təlimlər barədə müəllimlərlə müzakirə aparıb, onların rəy və təkliflərini dinləyib. 

Qeyd edək ki, növbəti təlimlər Bakı və Sumqayıt şəhərlərində yerləşən bəzi ümumi təhsil məktəblərində təşkil olunacaq. 

Təlimlərə  ümumilikdə 2200 müəllimin cəlb olunmasınəzərdə tutulur.  

Online Qeydiyyat