Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov və institutun əməkdaşları şəhid Ruhid İslamlının məzarını ziyarət ediblər

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov və institutun əməkdaşları şəhid Ruhid İslamlının məzarını ziyarət ediblər.

Şəhidimiz Ruhid İs­lamlı 1999-cu il aprelin 1-də Lerik ra­yonunun Çeşman kəndində ana­dan olub.

Ruhid 2016-cı ildə Naxçıvan Dövlət Uni­ver­sitetində “Təhsildə sosial psixoloji xid­mət” ixtisası üzrə təhsil alıb.

O, təhsilini bitirib, peşəkar psixoloq kimi çalışmağı arzulayırdı. Ruhid müxtəlif vaxtlarda Psixologiya Elmi-Tədqiqat İnstitutunda təşkil olunan seminarlarda, konfranslarda fəal iştirak etmişdi.

Ruhid 2020-ci ildə ali təhsilini başa vurduqdan sonra iyulun 29-da həqiqi hərbi xidmətə yollanıb.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ruhid İslamlı gənc əsgər bölüyündən könüllü şə­kildə ərizə yazıb və işğalda olan torpaqlarımızın azadlığı uğrunda döyüş­lərə qatılaraq Talış kəndi və Suqovuşan istiqamətində döyüşlərdə xüsusi rabitəçi kimi xidmətini davam etdirib.

O, 2020-ci il oktyabrın 6-da müharibənin Su­qovuşan istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

Şəhid Ruhid İslamlı Bakı şəhəri Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsin­də yerləşən qəbiristanlıqda dəfn edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Online Qeydiyyat