“Müasir Azərbaycan Psixoloqları” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2023-cü il kiçik qrant müsabiqəsi” layihəsində qalib olmuş “Şəhid ailələri və qazilərə sosial-psixoloji dəstək proqramı” layihəsinin icrasına başlayıb

“Müasir Azərbaycan Psixoloqları” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2023-cü il kiçik qrant müsabiqəsi” layihəsində qalib olmuş “Şəhid ailələri və qazilərə sosial-psixoloji dəstək proqramı” layihəsinin icrasına başlayıb.

Layihənin növbəti təlimi Psixologiya Elmi-Tədqiqat İnstitutununda həyata keçirilib. Təlimdə institutun əməkdaşı, klinik psixoloq Fuad Əsədov “Post travmatik stress pozuntusu” və “Psixi sağlamlıq” mövzularını tədris edib.

Dərs zamanı iştirakçılara nəzəri məlumatlarla yanaşı, zəruri olan praktik biliklər də verilib.

Online Qeydiyyat