Sosial dəstək və həyatdan məmnunluq arasındakı əlaqədə psixoloji narahatlığın vasitəçi rolu araşdırılıb

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçiləri,psixologiya üzrə fəlsəfə doktoru Tünzalə Musayeva,psixologiya üzrə fəlsəfə doktoru Gültəkin İsmayılova, Xalidə Xəlilovanın həmmüəllifi olduqları “Azərbaycanlı böyüklər arasında sosial dəstək, psixoloji sıxıntı və həyatdan məmnunluq arasındakı əlaqənin araşdırılması” (Investigating The Links Between Social Support, Psychological Distress and Life Satisfaction: A Mediation Analysis Aming Azerbaijani Adults) adlı məqalə “Scopus”, “Google Scholar”, “Index Copernicus”, kimi beynəlxalq elmi bazalarda indekslənən “Journal of Positive Psychologyand Wellbeing” jurnalında dərc edilib.

Bu tədqiqatın məqsədi azərbaycanlı yetkinlər arasında sosial dəstək və həyatdan məmnunluq arasındakı əlaqədə psixoloji narahatlığın vasitəçi rolunu araşdırmaqdır.  

Tədqiqatda qeyd olunur ki, sosial dəstək psixoloji gərginliyi azaldır və nəticədə ümumi həyat məmnunluğuna töhfə verməklə fərdlərin zehni rifahının yüksəldilməsində mühüm rol oynayır. 

Araşdırmada Azərbaycanın müxtəlif bölgələrindən 18-77 yaş aralığında olan 1011 yetkin iştirak edib və onlar “Həyatdan Məmnunluq Şkalası» (Satisfaction with Life Scale), «Depressiya, Təşviş və Stres Şkalası» (the Depression, Anxiety, and Stress Scale),və «QavranılanSosial Dəstəyin Çoxölçülü Xüsusiyyətləri Şkalası»nı (the Trait The Multidimensional Scale of Perceived Social Support) tamamlayıblar.

Məlumatların təhlili üçün «bootstrap» prosedurundan istifadə edilib. «Bootstrapping» təhlilinin nəticələri müəyyən edib ki, psixoloji sıxıntı azərbaycanlı böyüklər arasında sosial dəstək və həyatdan məmnunluq arasında əlaqədə vasitəçi rola malikdir.Xüsusilə, yaş və cinsiyyətə nəzarət edildikdən sonra psixoloji narahatlığın sosial dəstək və həyatdan məmnunluq arasındakı əlaqəyə qismən təsir etdiyi aşkar olunub. 

Beləliklə, araşdırma göstərir ki, sosial dəstək, psixoloji narahatlığı azaltmaqla və nəticədə ümumi həyat məmnunluğuna töhfə verməklə fərdlərin zehni rifahının yüksəldilməsində mühüm rol oynaya bilər.

Məqalə ilə linkə keçid edərək tanış ola bilərsiniz.

https://journalppw.com/index.php/jppw/article/view/17588/11084

Online Qeydiyyat