Təvəllüd:

05.07.1997

Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakultəsinin psixologiya ixtisasının məzunudur.

Magistratura təhsilini Qərbi Kaspi Universitetində hüquq psixologiyası ixtisası üzrə fərqlənmə ilə bitirib.

Koqnitiv Bihevioral Terapiya, Qısa Müddətli Həll Mərkəzli Terapiya, Metaforik Assosiativ Kartlar təlimlərinu uğurla tamamlayıb.

Qərbi Kaspi Universitetinin təşkil etdiyi beynəlxalq konfransda “Affekt vəziyyətində törədilmiş cinayət işləri üzrə məhkəmə psixoloji ekspertizası problemləri” mövzusunda elmi məqaləsi çap edilmişdir.

Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuş “PSİXONEVROLOJİ REABİLİTASİYA” konfransında müvəffəqiyyətlə iştirak etmişdir.

2-ci və 3-cü Beynəlxalq Autizm ABA Azərbaycan konfranslarında (Fərqli Fərdlər) iştirak etmişdir.

Türkiyədə təşkil olunan Cəza Hüququ Konfransında online iştirak etmişdir.

Təhsil Nazirliyinin 6-cı qrant müsabiqəsində qalib olmuş “Stop Bulling, empatiya klubu” layihəsində təlimçi olaraq iştirak etmişdir.

2022, 2023 cü il Elm və Təhsil Nazirliyi ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Respublika məktəblərində “Uşaq psixologiyasının əsasları üzrə ixtisasartırma” təlimlərinin təlimçisi olmuşdur.

Sosial Dəstək Agentliyi ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı” layihəsinin kordinatoru.

Hal – hazırda Psixologiya Elmi Tədqiqat İnstitunun əməkdaşı, Psixoloji Xidmət və Reablitasiya mərkəzinin psixoloqu, Təhsildə İnnovasiyalar və Yenidənhazırlanma şöbəsinin müəlliməsidir.

E-mail: [email protected]

İnsta: lamiyahuseinova

Online Qeydiyyat