Bildiyimiz kimi, bugün paytaxtda, Abşeron və Sumqayıt şəhərində zəlzələ baş verib

Bildiyimiz kimi, bu gün paytaxtda, Abşeron və Sumqayıt şəhərində zəlzələ baş verib.

Bu cür situasiyalarda, yəni zəlzələ, sunami, digər təbii fəlakətlər, yanğın hallarında insanlarda kəskin stres pozuntusu, psixoloji narahatlıqlar yaranır. Çünki bu cür situasiyalarda insanların diqqəti konkret olaraq baş verən hadisəyə yönəlir və insanlar daha çox zəlzələ və zəlzələnin törətmiş olduğu fəsada köklənirlər. Xüsusilə təkrar baş verməsi ilə bağlı fikirlər onları narahat edir. Bu da normal haldır.

Lakin zaman-zaman insanlar bu düşüncələrlə öz düşüncələri arasında sərhəd yarada bilərlər.
Bunun üçün də zaman lazımdır.

Zəlzələnin baş verdiyi zaman insanlarda daha çox narahatlıq, gərginlik, təlaş artır.

Əksər insanlarda təşviş, panik, OKP düşüncələrində artım müşahidə edilir.

Posttravmatik stres pozuntusundan əziyyət çəkən insanlarda (bu xüsusilə təbii fəlakətlərdən sonra yaranıbsa) fləşbəklər müşahidə edilir. Stresə dözümlülüyü yüksək olmayan insanlarda, uzun müddətli stresə məruz qalan insanlarda, yuxarıda qeyd etdiyimiz pozuntunun özü və ya müəyyən simptomlarından əziyyət çəkən insanlarda, xüsusilə həssaslaşma, qorxu, həyəcan, psixosomatik simptomlar müşahidə edilir.

Belə olduğu zaman atak keçirən şəxslərə nəfəs texnikaları etmələri tövsiyə olunur. Xüsusən, yaxın şəxslərdən ilkin psixoloji dəstək almaq lazımdır. Nəzərə almalıyıq ki, hadisəyə hər kəsin reaksiyası eyni olmur və xüsusən zəlzələ bitdikdən sonra “aftershock”lar müşahidə edilir, bu da öz növbəsində şəxslərin fəlakətləşdirmə düşüncələrinə təsir edən amillərdir.

Belə hallarda digər ailə üzvləri və ya yaxınların bir-birinə daha həssas, şəfqətlə yanaşması, onu anlaması və ona dəstək olması vacib məqamdır.

Birdəfəlik psixoloji yardımı psixoloq və bu elmə yaxın olan sahələrdə ixtisaslaşmış mütəxəsislər etməlidir.

Online Qeydiyyat