Bu gün Psixologiya Elmi- Tədqiqat İnstitutunda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib

Bu gün Psixologiya Elmi- Tədqiqat İnstitutunda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov bu gün Azərbaycan xalqının firavan, əmin-amanlıq şəraitində yaşamasında Ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olduğunu qeyd edib.
O, Heydər Əliyevin güclü siyasi və liderlik bacarıqlarından bəhs edib. Sədr həmçinin vurğulayıb ki, bu bacarıqlar atadan oğula irsi ötürülmüş və bu gün müzəffər ordumuzun Ali Baş Komandanı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sayəsində bayrağımız ölkənin hər yerində dalğalanır.

Elnur Rüstəmov bu il “Heydər Əliyev İli” çərçivəsində institutun Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş iki konfrans həyata keçirdiyini vurğulayıb və elmi jurnalların çap edildiyini bildirib.

Daha sonra Psixologiya Elmi Tədqiqat İnstitutunun Elmi-metodik şöbəsinin müdiri, p.ü f.d., dosent Hökümə Əliyeva Ulu Öndərin həyat fəaliyyətinin bir çox insana örnək olduğunu deyib. O qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev atasının siyasətini uğurla davam etdirib və məhz bu uğurlu miras sayəsində biz zəfər qazanmışıq.

Sonda Elnur Rüstəmov Heydər Əliyevin yalnız Azərbaycanda deyil, dünya miqyasında dövlət xadimi və güclü siyasətçi kimi tanındığını, onun fəaliyyətində idarəetmə psixologiyası, liderlik psixologiyası, şəxsiyyət psixologiyasının öz vəhdətini tapdığını qeyd edib. Bildirib ki, müstəqil Azərbaycan yaşadıqca Heydər Əliyev də var olacaq, yaşayacaq!

Online Qeydiyyat