«Tələbə Psixoloqların III ÜMUMRESPUBLİKA Konfransı»keçirilib

Dekabrın 16-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində Tələbə Psixoloqların III Ümumrespublika  Konfransı keçirilib.

Konfransda institutun sədri Elnur Rüstəmov, institutun psixoloq mütəxəssisləri, gənc psixoloqlar və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi ilə başlayıb. Daha sonra konfrans iştirakçıları şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb.  O qeyd edib ki, institut “Heydər Əliyev İli” çərçivəsində  ulu öndərə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni” və “Psixologiya Zirvəsi-2” COVİD-19 pandemiyasından sonrakı dövrdə psixoloji rifah” mövzularında konfranslar həyata keçirib. Bu fəaliyyətin davamı kimi Tələbə Psixoloqların III Ümumrespublika konfransı da ümummilli liderin 100 illiyinə həsr olunub. 

Sədr əlavə edib ki, bu il institutun fəaliyyətə başlamasından 5 il ötür.  Bu illər ərzində görülən işlərdən danışarkən Elnur Rüstəmov 5 illiyə həsr olunmuş  kitabçanın hazırlandığını bildirib və kitabçanın 5 il müddətində görülən işlərin məcmusu olduğunu qeyd edib. 

O əlavə edib ki, həmçinin 5 il müddətində Psixologiya Elmi-Tədqiqat İnstitutu psixologiya ilə bağlı bir çox kitab və jurnallar çap edib. Bu kitablar və jurnallar məktəb psixoloqları, tibbi psixologiya və psixologiyanın digər sahələri ilə bağlıdır.

O, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi-metodik şöbəsinin müdiri, p.ü.f.d., dosent Hökümə Əliyeva və institutun əməkdaşı, klinik-psixoloq Mələk Allahverdiyevanın birgə hazırladığı “Məktəbəqədər psixologiyaya keçid” kitabının da yaxın günlərdə çap ediləcəyini bildirib. 

Elnur Rüstəmov görülən işərdən bəhs edərkən türkiyəli professor və dosent heyəti ilə birgə məktəb psixoloqları üçün psixo-korreksiyaya aid bir kitab hazırlandığını deyib. Bununla yanaşı, institutun mətbu orqanı olan «Psixologiya» jurnalında davamlı olaraq psixologiya sahəsinin elm adamları, tədqiqatçıların, magistrlər və doktrantların məqalələrinin çap edilidiyini diqqətə çatdırıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda yeni şöbələrin təşkil olunduğunu vurğulayan sədr, həmçinin Testlərin Adaptasiyası Mərkəzinin faəliyyətindən bəhs edib və bildirib ki, bu günədək12 test adaptasiya edilib.

Adaptasiya edilən testlər, təhsil psixologiyası, ginekologiya, post travmatik stres pozuntusu, psixoloji rifah və sairə ilə bağlıdır.

Elnur Rüstəmov 2023-cü ildə Psixologiya Elmi-Tədiqat İnstitutu tərəfindən aparılan tədqiqat işinin 9-nun nəticələrinin beynəlxalq elmi jurnallarda çap olunduğunu və 10-cu məqalənin yaxın günlərdə dərc ediləcəyini bildirib. 

Elnur Rüstəmov çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayıb, ölkəmizdə psixologiya sahəsində görüləcək işlərdə fəallığa səsləyib. 

Daha sonra konfrans öz işinə başlayıb. 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Ümumi və eksperimental psixologiya şöbəsinin müdiri, p.ü.f.d., dosent Məhərrəm Əliyev “Metamodel və onun psixoterapiyada istifadə imkanları” mövzusunda məruzə ilə çıxış edib. O, “Metamodel”, “Psixoterapiyada 3 davranış modeli”, “Modelləmə prosesləri”, “Transformasiya mexanizmləri”, “İnformasiya toplama” mövzularından danışıb. 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman-klinik psixoloq Narınc Rüstəmova “Özünəgüvənli olmağın yolları” mövzusunda məruzə ilə çıxış edib. O, “Sağlam özgüvən”, “Özgüvənsizliyin əlamətləri və aradan qaldırılması yolları”, “Onun koqnitiv davranış terapiyası ilə korreksiyası” mövzuları barədə danışıb. 

Sonuncu məruzə Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı, t.ü.f.d Gülay Məmmədzadə tərəfindən təqdim olunub. Gülay Məmmədzadə “İş yerində uyğunlaşma qabiliyyəti və emosional zəka: Peşəkar Həyatında Məhsuldarlıq və Rifahın Balanslaşdırılması” mövzusunda təqdimatla çıxış edib. 

Konfransın ikinci hissəsində 2 vörşop həyata keçirilib. 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri Mətanət Əliyevanın “Uşaq və yeniyetmələrdə aqressiyanın korreksiyası texnikaları”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müəllimi, psixoloq Gülər Məmmədovanın “Ertələmə effekti və onun aradan qaldırılması” mövzusunda vörkşopları təşkil olunub. 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

Online Qeydiyyat