Psixologiya Elmi Tədqiqat İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Rasional Emosional & Koqnitiv DavranışTerapiyası kursu”nun iştirakçıları üçün nəzərdə tutulan 66 saatlıq “Superviziya” təliminin növbəti onlayn dərsi keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Rasional Emosional & Koqnitiv DavranışTerapiyası kursu”nun iştirakçıları üçün nəzərdə tutulan 66 saatlıq “Superviziya” təliminin növbəti onlayn dərsi keçirilib.

Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr. Murat Artıran superviziyada gündəlik seans tapşırıqları, ABC modelinin müraciət edən şəxslərə izah edilməsi, qeydlərin aparılması, çevrə texnikası və şərtsiz qəbullanma cədvəli texnikası haqqında danışıb.

Daha sonra o, superviziya iştirakçıları ilə praktik məşqlər edib.

Zəngin bilik və təcrübəsini bölüşdüyü üçün Murat Artırana dərin təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!

Online Qeydiyyat