Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov institutun şöbə müdirləri ilə görüş keçirib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov institutun şöbə müdirləri ilə görüş keçirib.

İclasda şöbələr tərəfindən görülən işlər müzakirə olunub, onların fəaliyyəti dəyərləndirilib.

Görüşdə illik fəaliyyət planının hazırlanması barədə danışılıb, həyata keçiriləcək işlər müzakirə edilib.

Sədr Elnur Rüstəmov əlavə təhsil üzrə təhsil alan tələbələrin imtahanları ilə maraqlanıb və imtahan prosesi haqda rəyləri dinləyib.

O, yenidənhazırlanma təhsilinin önəmini vurğulayıb və əlavə təhsil sahəsində həll edilməli vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Ümumi və eksperimental psixologiya şöbəsinin müdiri dosent Məhərrəm Əliyev tədris olunan fənlərin proqramlarının çap olunduğunu bildirib.
Eyni zamanda, şöbənin tərkibində olan laboratoriyalarda il ərzində aparılacaq elmi-tədqiqat işləri və adaptasiya ediləcək testlərdən bəhs edib.

Həmçinin Elnur Rüstəmov elmi-tədqiqat qruplarının Azərbaycan dilinə adaptasiya etdiyi testlərin elmi işlərin aparılması istiqamətində olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri Ülviyyə Nəhmətova yenidənhazırlanma təhsili üzrə imtahanların tam qaydalara uyğun keçirildiyini vurğulayıb. O, ikinci semestr üzrə hazırlıq prosesinin başladığını bildirib.

İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri Mətanət Əliyeva adaptasiya edilən testlərin metodikalarının hazırlanması və bu istiqamətdə məktəb psixoloqlarının öyrədilməsinə dair təlimlərdən danışıb.

Elmi-Metodiki şöbə müdiri, p.ü.f.d. dos. Hökümə Əliyeva “İnkişaf psixologiyası” və “Psixoloji xidmətdə metodoloji əsas” kitabları haqqında məlumat verib. O bildirib ki, “İnkişaf psixologiyası” kitabı həm ibtidai sinif müəllimləri, həm də bağça müəllimləri üçün faydalı olacaq.
“Psixoloji xidmətdə metodoloji əsas” kitabı isə 3 metolodogiyanın tətbiqini izah edir. Hökümə Əliyeva qeyd edib ki, kitablar artıq redaktə olunub, çap mərhəsindədir.

Online Qeydiyyat