Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşəbbüsü ilə “Məktəbdə sağlam psixoloji mühitin formalaşdırılması” mövzusunda görüş keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşəbbüsü ilə “Məktəbdə sağlam psixoloji mühitin formalaşdırılması” mövzusunda görüş keçirilib.

Görüşdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Tibb Universitetinin dosenti psixiatr Araz Manuçeri, məktəb direktorları və psixoloqlar iştirak ediblər.

Görüşdə ümumtəhsil məktəblərində şagird-məktəb-valideyn münasibətlərinin düzgün qurulması üzrə müvafiq təşəbbüslərin göstərilməsi, sağlam mühitin qurulması üçün müvafiq addımların atılması və psixoloqların peşəkar inkişafına yönələn bir sıra fəaliyyətlər barədə danışılıb. Həmçinin qeyd edilib ki, şagird şəxsiyyətinin formalaşmasında valideyn-məktəb münasibətlərinin düzgün qurulmasının çox böyük əhəmiyyəti var.

Görüşün davamında Narınc Psixologiya Mərkəzinin Gəncə filialının İcraçı direktoru, Baş psixoloq Himain Fəzizadə “Yeniyetmələrdə rast gəlinən psixoloji problemlər və yaranma səbəbləri, yeniyetmələrin psixoloji diaqnostikası və korreksiyası” mövzusu barədə ətraflı məlumat verilib.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Online Qeydiyyat