Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutunda Gənclərin İnkişafı Forumu keçirilib

Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutunda Gənclərin İnkişafı Forumu keçirilib.

Forumda institutun sədri f.ü.f.d. Elnur Rüstəmov, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Gülnarə İlham, araşdırmaçı və neyromarketinq eksperti Orxan Şahbaz çıxış ediblər.

Elnur Rüstəmov “İdarəetmədə psixologiya”, Gülnarə İlham “Effektiv ünsiyyət və kommunikasiya bacarıqları”, Orxan Şahbaz “2024-də Özünü markalaşdırma” mövzusunda danışıblar.

Sonda iştirakçılara sertifikat təqdim edilib.

Online Qeydiyyat