Martın 30-u, saat 12:00-da Psixologiya Elmi İnstitutunda “Psixoterapevtik təmsillər” adlı kitabın təqdimatı keçiriləcək

Martın 30-u, saat 12:00-da Psixologiya Elmi İnstitutunda institutun əməkdaşı İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva, Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətova, şair və publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Valeh Heydər və Psixologiya Elmi Tədqiqat İnstitutunun elmi işçisi, uzman klinik-psixoloq Narınc Rüstəmovanın müəllifi olduqları “Psixoterapevtik təmsillər” adlı kitabın təqdimatı keçiriləcək.

İştirak ödənişsizdir❗️

Təqdimat Psixologiya Elmi Tədqiqat İnstitutunun akt zalında keçiriləcək.

Online Qeydiyyat