“Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsi davam edir

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsi davam edir.

Qeyd edək ki, layihənin məqsədi məktəbəqədər təhsil prosesində  uşaq fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşması, onların inkişaf etməsi üçün müvafiq təhsil alma şəraitinin yaradılması nəticəsində sağlam emosional mühitin formalaşdırlmasıdır.

Budəfəki görüşdə Psixologiya Elmi Tədqiqat İnstitutunun elmi işçisi, uzman klinik-psixoloq Narınc Rüstəmova məktəbəqədər dövrdə uşaqlardarast gəlinən diqqət əksikliyi, hiperaktivlik sindromu və onun psixokorreksiya texnikaları haqqında danışıb.

Online Qeydiyyat