Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbələri Psixologiya Elmi Tədqiqat İnstitutunda qonaq olublar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbələri Psixologiya Elmi Tədqiqat İnstitutunda qonaq olublar.

Tələbələr institutun Fuad İbrahimbəyov adına kitabxanası, həmçinin təlim və seans otaqları ilə tanış olublar.

Daha sonra Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Lamiyə Hüseynova tələbələrə institutun tədqiqat işləri haqqında ətraflı məlumat verib.

Eyni zamanda, tələbələr Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Mehriban Ağabalayeva tərəfindən aparılan PEP-R təlimində iştirak ediblər.

Daha sonra Beyin və davranış laboratoriyasının rəhbəri Səyanə Əliyeva tələbələri laboratoriyanın fəaliyyəti ilə tanış edib.

Laboratoriya ilə tanışlıqdan sonra Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Nərmin Vəliyeva tələbələrə “Yeniyetmələrdə psixoloji böhranın xüsusiyyətləri “ mövzusunda təlim keçib və tələbələr sertifikatla təltif olunub.

Online Qeydiyyat