Bu gün Müasir Azərbaycan Psixoloqlarının və Psixologiya Elmi Tədqiqat İnstitutunun 9-cu könüllü fəaliyyət proqramı üzvlərinin iclası keçirilib

Bu gün Müasir Azərbaycan Psixoloqlarının və Psixologiya Elmi Tədqiqat İnstitutunun 9-cu könüllü fəaliyyət proqramı üzvlərinin iclası keçirilib.

İclasda Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, könüllü fəaliyyət proqramının rəhbəri, psixoloq Emilya Nəsibova və koordinator Jalə Babazadə iştirak ediblər.

Görüşdə könüllülərlə ümumi işlər müzakirə edilib, onların təklif və fikirləri dinlənilib.

Eyni zamanda, proqram üzvləri ilə 9 May – Faşizm üzərində Qələbə Gününün tarixi haqqında danışılıb.

Online Qeydiyyat