Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Lənkəran Regional Elmi Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə təşkil olunan elmi seminarda iştirak edib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Lənkəran Regional Elmi Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə təşkil olunan elmi seminarda iştirak edib.

Tədbirdən öncə mərkəzin direktoru Mehman Qaraxan oğlu Əliyev, qonaqlar – millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Əməkdar həkim, tibb elmləri doktoru Rəşad Mahmudov və Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov
Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.

Daha sonra onlar Lənkəran REM-nin foyesində 44 günlük Vətən müharibəsində şəhid olmuş, mərkəzin əməkdaşı Mahsun Bağırzadənin xatirə guşəsinin önünə qərənfillər qoyublar.

Elmi seminarı giriş sözü ilə açan mərkəzin direktoru Mehman Əliyev bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin 101 illiyi ölkəmizin hər yerində, eləcə də bir çox ölkələrdə təntənə ilə qeyd olunur.

O əlavə edib ki, AMEA Lənkəran Regional Elmi Mərkəzi ulu öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirir və bununla da ümummilli liderə ehtiramı bildirməklə yanaşı, həm də onun irsini öyrədir, təbliğ edir.

Millət vəkili Rəşad Mahmudov belə bir elm ocağında iştirakına görə məmnunluğunu ifadə edib və dəvətə görə mərkəzin rəhbərliyinə minnətdarlığını bildirib.

Millət vəkili hazırda tariximizin ən şərəfli dövrünü yaşadığımızı vurğulayıb.

O, Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə həyata keçirdiyi işlərdən, C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasından, sovetlər dönəmində SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyətindən, doxsanıncı illərin əvvəllərində Naxçıvanda Ali Məclisin sədri işləyərkən ilk dəfə Azərbaycanın üçrəngli bayrağının ucaldılmasından, müstəqil Azərbaycanın yeni dövrünün memarı olmasından söz açıb və dahi liderin qoyduğu zəngin ənənələrin bu gün də uğurla davam etdirildiyini bildirib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri
Elnur Rüstəmov çıxışında qeyd edib ki, biz ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir dövrdə yaşadığımız üçün özümüzü xoşbəxt hesab edirik. Bunun bünövrəsi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci hakimiyyəti dövründə qoyulub. Həmin illərdə həyatımızın bütün sahələrində, o cümlədən ordu quruculuğunda, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində köklü dəyişikliklər baş verdi.
Bugünkü reallıqlardan danışan sədr Birinci və İkinci Qarabağ müharibəsində bütün ölkə vətəndaşları kimi, cənub bölgəsinin gənclərinin həm cəbhədə, həm də həyatımızın digər sahələrində uğurlu, fədakar iştirakından, milli-mənəvi dəyərlərə sadiqliyindən söz açıb.

Elnur Rüstəmov hər kəsi cənab Prezident İham Əliyevin ətrafında sıx birləşməyə, çiçəklənən Azərbaycana töhfələr verməyə çağırıb.

Daha sonra tədbir digər qonaqların çıxışları və müzakirələrlə davam edib.

Sonda mərkəzin direktoru Mehman Əliyev millət vəkili Rəşad Mahmudov, Psixologiya Elmi-Tədqiqat İnstitutun sədri Elnur Rüstəmov və bütün iştirakçılara minnətdarlığını bildirib və xatirə şəkli çəkdirilib.

Son məqalələr

Online Qeydiyyat