Valideynlər üçün treninqlər

Müddət: 10 saat

1. Hər bir valideynin malik olmalı olduğu əsas bacarıqlar hansılardır?

2. Uşaq nə istəyir? Valideyn nə istəyir?

3. Assertiv valideyn kimdir?

  • “Yox” demə bacarıqlarının formalaşdırılması
    • Passivlik, aqressivlik və assertivlik arasındakı fərqin müəyyənləşdirilməsi
    • Keys canlandırılması
    • “Üç davranış forması”-prakika
  • Özgüvən və özünəhörmət hissinin formalaşdırılması
    • Özünü qiymətləndirmə testi
    • Nə üçün özümüzü adekvat şəkildə qiymətləndirə bilmirik
    • “Tərif kitabı”-praktika
    • Güclü olduğumuz tərəflərin və zəifliklərin aşkar olunması
  • Effektiv ünsiyyət qurma bacarıqları
    • Passiv, aqressiv və assertiv insanın verbal və qeyri-verbal ünsiyyəti
    • Uşaqla ideal ünsiyyət necə olmalıdır
    • Qavrayış övladımla ünsiyyətimə necə təsir edir
    • Oreal effekti və yenilik effekti
    • “Ən yaxşı seçimlər” oyunu və müzakirəsi
  • Özünə nəzarətin inkişafı və emosional stabilliyin qorunması
    • Emosional stabilliyimizi qoruya bilməməyimiz münasibətimizə necə təsir edir?
    • Fikirlərimizi ifadə etdikdə gələn ağlama istəyi
    • Ciddi məkanlarda gələn gülmə istəyi
    • “Partnyorunu güldür”-praktika
    • “Özünü ifadə etmə” oyunu
    • “Özünənəzarətdə uğursuzluq”
    • Mövqeyini və fikirlərini müdafiə etmə bacarıqları

Treninq müddətində 5 vacib valideynlik bacarığı öyrədiləcəkdir:

1. Təşviq etmə (Cəsarətləndirmə)

Təşviq etmə ilə valideynlər övladlarının qabiliyyətlərini qiymətləndirməyi öyrənirlər. Bu valideynlərə uşağa qarşı xoş hisslərini ifadə etmək üçün bir istiqamət verir və həmçinin uşaqların davranışlarındakı səhvlərə baxmayaraq, onların cəhdlərini dəyərləndirməyə kömək edir.

2. “O edə bilər” düşüncə tərzi

“O edə bilər” düşüncə tərzi valideynlərə uşaqların davranışlarını necə yönləndirməyi öyrədir. Bu düşüncə tərzi valideynlərə uşaqların davranışlarına uyğun üsullarla məhdudiyyətlər qoymağa kömək edir. Mənfi sözlərdən həddən artıq istifadə valideynlərin uşaqlarına təsirini azaldır. “Bunu sına”, “Bunu et”, “Burada” kimi müsbət mesajlardan istifadə etməklə valideynlər uşaqları düzgün davranmağı öyrədirlər. “Bunu eləmə” ifadəsini “Bunu bu şəkildə et” kimi dəyişdirilməsi uşaqlara gözləntiləri qarşılamaq üçün lazım olan məlumatları verir.

3. Seçim şansı vermə

Uşaqlara seçimlər vermək valideynlərin hər bir vəziyyətə nəzarət etməli olduqları hissi ilə bağlı narahatlığını azalda bilər. Bu şəkildə uşaqlar müstəqilliklərini artırmaq üçün şəxsi məsuliyyət və qərar qəbul etməyi öyrənmək imkanı qazanırlar.

4. Özünənəzarət

Valideynin öz davranışlarının təhlil edərək öz emosiyaları üzərində nəzarəti itirdiyinin fərqinə varması və bunun üzərində işləməsi üçün olduqca vacibdir. Emosional stabilliyini qoruyaraq soyuqqanlı şəkildə övladları ilə kommunikasiya qurmağı bacaran valideyn bu prosesdə istədiyi nəticəni ala bilir.

Praktika:

  • “Partnyorunu güldür”
  • “Özünü ifadə etmə” oyunu
  • “Özünənəzarətdə uğursuzluq”

5. Uşağın hisslərinə hörmətlə yanaşmaq

Uşağın hisslərinə hörmətlə yanaşmaq empatiya bacarığını göstərir. Bu bacarıq valideynin övladına diqqət yetirməsi və hisslərini dinləməsini ifadə edir. Valideyn bu bacarıqdan istifadə etməklə uşağa öz hisslərinin əhəmiyyətini başa düşməyə kömək edə bilər.

Son məqalələr

Online Qeydiyyat