“QORXU VƏ FOBİYALARIN ARADAN QALDIRILMASINA MÜXTƏLİF PSİXOLOJİ YANAŞMALAR” simpoziumu

"QORXU VƏ FOBİYALARIN ARADAN QALDIRILMASINA MÜXTƏLİF PSİXOLOJİ YANAŞMALAR" simpoziumu

23.02.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin layihəsi olan “QORXU VƏ FOBİYALARIN ARADAN QALDIRILMASINA MÜXTƏLİF PSİXOLOJİ YANAŞMALAR” mövzusunda simpozium keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Psixologiya Elmi-Tədqiqat İnstitutun rəhbəri Elnur Rüstəmov açılış nitqi ilə çıxış etdi. 
Daha sonra ardıcıllıqla institutun nəzdində fəaliyyət göstərən Biznes Psixologiyası şöbəsinin müdiri, psixoterapevt Kənan Rəhimov “Qorxu və fobiyaların aradan qaldırılmasına psixoanalitik yanaşma”, Bakı Mühəndislik Universitetinin baş müəllimi Hüseyn Xəlilov ” Uşaq və yeniyetmələrin sosiallaşmasına təsir edən qorxu və fobiyalarla mübarizə yolları”, institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva “Koqnitiv-davranışçı terapiyada qorxu və fobiyaların aradan qaldırılması”, psixoloq, rəssam Asəf Kərimov “Qorxu və fobiyaların aradan qaldırılmasında art-terapiya” və institutun nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyev “Neyrolinqvistik proqramlaşdırmada qorxu və fobiyalar: tərifi və aradan qaldırılması yolları” mövzusunda məruzə edərək, workshoplar təqdim etdilər. 
İnteraktiv keçən simpoziumun sonunda institutun rəhbəri Elnur Rüstəmov qapanış nitqi səsləndirərək spikerlərə təşəkkürünü bildirib onlara TƏŞƏKKÜRNAMƏ təqdim etdi, həmçinin simpozium iştirakçılarına uğurlar arzu edərək onlara SERTİFİKAT təqdim etdi.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq dəyərli spikerlərimizə təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar diləyirik.

Online Qeydiyyat