“İmtahanqabağı həyəcan və stressin aradan qaldırılması yolları” seminarı

"İmtahanqabağı həyəcan və stressin aradan qaldırılması yolları" seminarı

28.02.2019-cu il tarixində Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın rəsmi dəvət məktubu əsasında Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Səbinə Ələkbərova, gimnaziyanın 9-cu və 11-ci sinif şagirdlərinə “İmtahanqabağı həyəcan və stressin aradan qaldırılması yolları” mövzusunda seminar keçmişdir. Seminarda həmçinin gimnaziyanın müəllim heyəti də iştirak etmişdir. Səbinə Ələkbərova müəllimlərin və şagirdlərin suallarını cavablandırmış, motivasiya çıxışı edərək şagirdlərə imtahanda uğurlar arzu etmişdir. 
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq dəvət etdikləri üçün Xarici Dillər Təmayüllü Gimnaziyanın rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Online Qeydiyyat