“Özünü kəşf” təlimi

"Özünü kəşf" təlimi

28.02.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Humanitar Kollecinin müəllim və tələbə heyəti üçün təlim baş tutdu. “Özünü kəşf” adlı təlim Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında keçirildi. Təlimdə eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Göstərdiyi təşəbbüs üçün Bakı Humanitar Kollecinin rəhbərliyinə, interaktiv keçən təlim üçün Narınc xanıma öz təşəkkürümüzü bildiririk.

Online Qeydiyyat