“SAĞLAMLIQ PSİXOLOGİYASI” konfransı

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi sizi 07.04.2019-cu il tarixində baş tutacaq “SAĞLAMLIQ PSİXOLOGİYASI” KONFRANSI-na dəvət edir.
7 Aprel “Beynəlxalq Sağlamlıq Günü”-nə həsr olunmuş konfrans 2 hissəli təşkil olunmuşdur.
Birinci hissədə hər biri öz sahəsi üzrə peşəkar olan 7 mütəxəssis sizin görüşünüzə gələcək.

1. Elnur Rüstəmov – Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, psixoloq.
Mövzu: “Gözəl düşünən sağlam olar”.

2. Tutu Zeynalova – həkim-dietoloq.
Mövzu: “Sağlam qidalanma və həyat tərzi”.

3. Rövşən Nəzərov – psixoloq, psixoterapevt.
Mövzu: “Sağlam düşüncə – harmonik həyat”.

4. Gülnarə Xəlilova –
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner.
Mövzu: “Geyimimiz ruhumuzun təzahürüdür”.

5. Nuranə Kazımova – neyro-psixoloq.
Mövzu: “Bioritmlər və sağlamlıq. Neyro-psixoloji aspekt”.

6. Bahar Bəylərova-Ələkbərova – ARTİ-nin Psixologiya və Yaş fiziologiyası şöbəsinin böyük elmi işçisi və dissertantı, musiqişünas, psixoloq.
Mövzu: Sağlam musiqi – sağlam psixo-fiziologiya”.

7. Elxan Bəylərov – Psixologiya elmləri doktoru, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru.
Mövzu: “İnsan ruhu qədər sağlam və gəncdir”.
“SAĞLAMLIQ PSİXOLOGİYASI” KONFRANSI-nın birinci hissəsi Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq.
Qeydiyyat: 10:00-11:00
Konfrans: 11:00-15:00

Konfransın davamı, yəni ikinci hissə, saat 17:00-19:00-da Dənizkənarı Bulvarda davam edəcək. Burada sağlamlıq yürüyüşü və Orxan İskəndərlinin rəhbərliyilə yoqa master-klassı baş tutacaq. ( Yoqa master-klassında iştirak etmək istəyənlərdən özləri ilə yoqa xalçası gətirmələri xahiş olunur).

Konfransda iştirak ÖDƏNİŞSİZDİR!

ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR!
https://youtu.be/j-ZJ1Q5IANY

BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( what’s app da aktivdir).

Online Qeydiyyat