Tələbə təcrübə proqramı – Respublika Narkoloji Mərkəzi

18.04.2019-cu il tarixində Respublika Narkoloji Mərkəzində Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda praktik təcrübə keçən IV kurs tələbələri ilə görüş keçirildi.
Təcrübə proqramına əsasən, həmin tələbələr 01.05.2019-cu il tarixinədək praktik təcrübəyə Respublika Narkoloji Mərkəzində davam edəcəklər. 
Dünən baş tutan ilkin görüşdə Azərbaycan Respublikasının baş narkoloqu, Respublika Narkoloji Mərkəzinin direktoru, həkim-psixiatr, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Araz Manuçehri Lalei tələbələr qarşısında çıxış edərək Respublika Narkoloji Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verib, onları mərkəzin əsas fəaliyyət istiqamətləri ilə tanış etdi. Araz Manuçehri Lalei çıxışın sonunda təcrübə proqramına əsasən hər iki tərəfin qarşısında duran vəzifə və öhdəliklərdən danışaraq tələbələrə uğurlar arzuladı. 
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də bütün tələbələrə uğurlar arzulayırıq!

Online Qeydiyyat